Fortepiano triosunun
konserti
Oktyabrın 4-də M.Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan
Musiqisi Zalında Azərbaycan Dövlət Fortepiano Triosunun
konserti keçirilib.
Kamera musiqisi axşamında Əməkdar artistlər
Töhfə Babayeva (bədii rəhbər, violin), Elnarə Kəbirlinskaya
(piano) və Səbinə İbrahimovanın (cello) ifasında
Azərbaycan və Avropa bəstəkarlarının əsərləri
səsləndirilib.
Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ildə
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə
yaradılıb. Trio görkəmli Azərbaycan və xarici
ölkə bəstəkarlarının əsərləri ilə
yanaşı, gənc bəstəkarların da əsərlərinin
təbliğçisidir. Rusiya, Türkiyə, Almaniya və s.
ölkələrdə çıxış edib.
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.3.