“Cümhuriyyətin
üzü”
Aşıq Veysəlin vəfatının 50-ci
ildönümü Bakıda qeyd olunub
Beynəlxalq Muğam Mərkəzində Aşıq
Veysəlin (1894-1973) vəfatının 50-ci
ildönümü ilə əlaqədar “Cümhuriyyətin
üzü” adlı konsert proqramı təqdim olunub. Tədbir
Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı
ilə gerçəkləşib.
Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk
Karakılıç çıxış edərək
Aşıq Veysəlin yaradıcılığından söz
açıb: “Aşıq Veysəl Türkiyənin xaotik məsələlərinə
iç səsinin əks-sədası ilə səslənə
bilən, böyük problemləri böhrana çevirmədən
Türkiyənin siyasi və mədəniyyət xadimlərinə
təkliflər verə bilən böyük bir sənətkar
idi. Yalnız öz faciəsini yazsaydı, ona romantik şair
deyə bilərdik, amma Veysəl Türkiyə və türk
milləti mövzularını cəsarətlə qələmə
aldığı üçün milli romantik şairdir”.
Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri
Cahit Bağçı, Şimali Kipr Türk Cümhuriyyətinin
Azərbaycandakı təmsilçisi Ufuk Arca Turganer, mədəniyyət,
incəsənət xadimləri iştirak ediblər.
Xatırladaq ki, tədbir Türkiyə Cümhuriyyətinin
100 illiyi və Türkiyədə qeyd olunan “Aşıq Veysəl
İli” çərçivəsində reallaşıb.
Gecədə Əməkdar artist Nuriyyə
Hüseynova, Həlimət Sultan, Ülviyyə Sədaqət və
Çilənay Hüseynova orkestrin müşayiəti ilə
Aşıq Veysəlin sevilən mahnılarını səsləndiriblər.
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.3.