Əməkdar mədəniyyət
işçisi Fərhad Babayev dünyasını dəyişib
Azərbaycan
mədəniyyətinə ağır itki üz verib. Heydər Əliyev adına
Sarayın sabiq direktoru, "Şöhrət" ordenli Əməkdar
Mədəniyyət İşçisi Fərhad Ağa Səlim
Babayev vəfat edib.
Qeyd edək ki, Fərhad Ağa Səlim oğlu Babayev
1948-ci ildə Bakı şəhərində anadan olub.
O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü
üzrə texnik elektromexanik fakültəsinə daxil olub.
Oxuduğu müddətdə əmək fəaliyyətinə
başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun ali
kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu
alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda
(keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində
böyük səhnə maşinisti, 1973-cü ildən bədii
quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində
çalışıb. 1989-cu ildən 2020-ci ilə qədər
Heydər Əliyev adına Sarayın direktoru vəzifəsində
çalışıb. 1991–1995-ci illərdə Bakı şəhəri
sovetinin deputatı olub. Fərhad Babayev Azərbaycan mədəniyyətinin
inkişafındakı xidmətlərinə görə
2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı
ilə Əməkdar Mədəniyyət İşçisi fəxri
adına layiq görülüb.2018-ci ildə Ölkə
prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan
mədəniyyətinin inkişafı və təbliğində
xidmətlərinə görə "Şöhrət"
ordeni ilə təltif edilib.
Mədəniyyət.- 2023.- 6 oktyabr.- S.6.