Salyan kuklaçıları Özbəkistana
qastroldan qayıdıblar
Salyan Dövlət Kukla Teatrı ilk dəfə Özbəkistanda
qastrol səfərində olub. Ümummilli lider Heydər
Əliyevin 100 illik yubileyi və Azərbaycan peşəkar
milli teatrının yaranmasının 150 illiyinə həsr
edilən silsilə tədbirlər çərçivəsində
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə baş tutan qastrol səfəri 25 sentyabr – 2 oktyabr tarixlərini
əhatə edib.
Salyan kuklaçıları İsgəndər
Coşqunun “Çal-oyna” tamaşası ilə ilk olaraq
Sırxandərya vilayətinin Termez şəhərində fəaliyyət
göstərən Kuğurcak Dövlət Teatrının səhnəsinə
çıxıb. Sonrakı günlərdə tamaşa
Daşkənd və Səmərqənd şəhərlərində
oynanılıb. Səhnə işi özbək
tamaşaçılar tərəfindən anşlaqla
qarşılanıb.
Qeyd edək ki, Salyan Dövlət Kukla Teatrı ilə
Kuğurcak Dövlət Teatrı arasında 29 iyun 2023-cü
il tarixində Salyan şəhərində əməkdaşlıq
haqqında memorandum imzalanıb.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.4.