Naxçıvan teatrı mövsümüLənkəran xanının vəziriilə açıb

 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı oktyabrın 5-də yeni sənət mövsümünün açılışını edib.

Muxtar respublika mədəniyyət nazirinin müavini Həsən Seyidov çıxış edərək Naxçıvanda 140 illik tarixi olan peşəkar milli teatr sənətinin inkişafından, ölkəmizdə bu sahəyə dövlət qayğısında danışıb. Bildirilib ki, bu il Naxçıvan Dövlət Milli Dram TeatrındaTəməl”, eləcə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla TeatrındaSınaqteatr-studiyaları yaradılıb.

Qeyd olunub ki, Naxçıvan Dövlət Milli Dram Teatrı yeni yaradıcılıq mövsümündə Xalq yazıçısı ElçininŞekspir J.B.MolyerinSkapenin kələyiəsərləri əsasında səhnələşdirilən tamaşalarla izləyicilərin görüşünə gələcək.

Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev xüsusi libasda səhnəyə çıxaraq nağılçı üslubunda Naxçıvan teatrının yaranmasından, milli ziyalıların teatrın inkişafı istiqamətində gördüyü işlərdən danışıb.

Çıxışlardan sonra M.F.AxundzadəninSərgüzəşti-vəziri-xani-Lənkərankomediyası əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru  musiqi tərtibatçısı Həcərxanım Məmmədova, quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramovdur. Rolları Xalq artisti Həsən Ağasoy, Əməkdar artistlər Nazlı Hüseynquliyeva, Behruz Haxverdiyev, Əbülfəz İmanov Əli Əliyev, aktyorlar Zakir Fətəliyev, Nəsimi Məmmədzadə, Anar Eyvazov, Səyyad Məmmədov, Məmməd Mehdiyev, Uğur Nəsirli, Ələsgər Quliyev, Zəminə Məmmədova, Nurgül Məmmədova, Səkinə Məmmədova, Saynur Babayev digərləri ifa ediblər.

 

Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.4.