Kitabxanada maarifləndirici tədbir
Masallı rayon
Mərkəzi Kitabxanasında
“İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir”
mövzusunda maarifləndirici
tədbir keçirilib.
Kitabxananın əməkdaşları Ağahüseyn Hüseyni və Günay Xəlilova mövzu ilə bağlı çıxış ediblər. Bu gün bütün dünyanı narahat edən əsas problemlərdən birinin insan alveri olduğu vurğulanıb. İnsan alverinə qarşı mübarizə məqsədilə respublikamızda da müvafiq qanunvericilik bazası əsasında mühüm işlər görülür. Tədbir iştirakçılarına Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” haqqında məlumat verilib.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.4.