Ağstafa və Qazaxda abidələrin qorunması
və bərpası müzakirə edilib
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən regionlarda
“Mədəni irsimizi tanıyaq, tanıdaq və qoruyaq” adlı silsilə görüşlər keçirilir.
Məqsəd ölkəmizin
zəngin tarixi irsinin qorunmasına ictimaiyyətin diqqətinin
artırılması, bu
sahədə maarifləndirmə
işinin təşkili,
abidələrin bərpa
və konservasiyasına
özəl sahənin
marağının artırılması
və tarixi abidələrin qanunvericilik
çərçivəsində istifadəsinin təşviq
edilməsidir.
Dövlət Xidmətinin rəisi
Səbinə Hacıyeva
görüşlər zamanı
ölkə ərazisində
yerləşən abidələrin
mühafizəsi işinin
gücləndirilməsi istiqamətində
atılan addımları
qeyd edib. Tarixi irsin qorunması,
bərpa-konservasiyası və
bu sahədə ictimaiyyətin maarifləndirilməsi
ilə bağlı aidiyyəti dövlət orqanları, o cümləndən
rayon icra hakimiyyətləri
ilə birgə fəaliyyətin qurulmasının
vacibliyini diqqətə
çatdırıb.
Mədəni irsin mühafizəsinin
vacibliyi, bu yöndə digər dövlət qurumlarının
və vətəndaşların
rolu və məsuliyyəti, mövcud
problemlər və həlli yolları müzakirə olunub.
Dövlət Xidmətinin fəaliyyətinin
əsas istiqamətləri,
abidələrin qorunması,
bərpa və konservasiyasında dövlət
siyasəti və bölgədə yerləşən
mədəni irs nümunələrinin mühafizəsi
istiqamətində həyata
keçirilən tədbirlər
barədə təqdimat
nümayiş olunub.
Ağstafa rayonunda yerləşən
“Keşikçidağ” Dövlət
Tarix-Mədəniyyət Qoruğu,
İsrafil Ağanın
evi, Əyyub ağa məscidi, Qazax rayonunda yerləşən “Avey” Dövlət Tarix-Mədəniyyət
Qoruğu, Baba Dərviş
yaşayış yeri,
Didvan qülləsi, Qazax Müəllimlər Seminariyasının binası
və İsrafil ağa hamamına baxış keçirilib.
Abidələrin bərpa və konservasiyası, eləcə
də turizm məqsədilə istifadəsi
istiqamətində fikir
mübadiləsi aparılıb.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.4.