“Güclü dövlətimiz,
güclü Ordumuz”
Astara Dövlət Rəsm Qalereyasında “Güclü
dövlətimiz, güclü
Ordumuz” devizi altında keçirilən
rəsm müsabiqəsinə
yekun vurulub.
Lənkəran-Astara Regional Gənclər
və İdman İdarəsinin Astara sektoru və Lənkəran Dövlət
Rəsm Qalereyasının
birgə təşkilatçılığı
ilə keçirilən
müsabiqənin yekun
tədbirində müsabiqəyə
göndərilmiş əl
işlərindən ibarət
sərgi təşkil
olunub. Sərgidə rayonun tanınmış rəssamı Firudin Quliyev və təşkilatçı müəssisələrin
əməkdaşları iştirak
ediblər.
Sərgiyə baxış keçirildikdən
sonra müsabiqənin
qalibləri elan edilib.
Əsərləri uğur
qazanmış müəlliflər
diplom və hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, 25 sentyabr – 5 oktyabr tarixlərində keçirilən müsabiqəyə
20-dən çox gənc
və yeniyetmə rəssam 35 əl işi ilə qatılmışdı.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.4.