Vətənin qəhrəmanları unudulmur...
Sabirabad
rayon Mədəniyyət Mərkəzində
Vətən müharibəsinin
şəhid mayorları
Şahlar Cəfərov
və Anar Məmmədovun həyat yolundan bəhs edən “Zabit şərəfi” filminin təqdimat mərasimi keçirilib.
Rayon İcra Hakimiyyətinin
təşəbbüsü, Mil-Muğan RMİ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə müəssisə
və təşkilatların
əməkdaşları, ictimaiyyət
nümayəndələri, şəhidlərin ailə
üzvləri, qazilər
və mədəniyyət
işçiləri iştirak
ediblər.
Əvvəlcə icra başçısı
Siraqəddin Cabbarov və hər iki şəhidin valideynləri çıxış
ediblər. Sonra “Zabit şərəfi” filmi nümayiş
olunub. Film tamaşaçılar
tərəfindən böyük
maraqla qarşılanıb.
Mayor Şahlar Cəfərov
2020-ci il oktyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində,
Anar Məmmədov isə oktyabrın 20-də
Tuğ kəndi istiqamətində gedən
döyüşlərdə şəhid olub.
***
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS Mərkəzi Kitabxanasının
əməkdaşları tərəfindən
Vətən müharibəsi
şəhidi Bəşir
Abbasovun anım günü ilə əlaqədar Quba Şəhidlər xiyabanındakı
məzarı ziyarət
olunub, ailə üzvləri ilə görüş keçirilib.
***
Ağdam
rayonunda Vətən müharibəsi şəhidi
Qəşəm İbrahimlinin
xatirəsi anılıb.
Rayon İcra Hakimiyyəti,
YAP rayon təşkilatının nümayəndələri, şəhid
ailələrinin üzvləri,
Qarabağ müharibəsi
veteranları və məktəblilər Quzanlı
qəsəbəsindəki Şəhidlər
xiyabanında Qəşəm
İbrahimlinin məzarını
ziyarət ediblər.
Mərasimdə Vətən müharibəsində
Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı
Qələbədən danışılıb,
şəhidlərin qısa,
lakin şərəfli
ömür yolunun hər bir azərbaycanlıya
örnək olduğu
bildiilib.
Qəşəm İbrahimli 1995-ci il dekabrın
20-də Ağdam rayonunun
Xındırıstan kəndində
anadan olub. Vətən müharibəsi
zamanı oktyabrın
9-da Suqovuşan qəsəbəsinin
işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik
zirvəsinə ucalıb.
***
Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov və mədəniyyət işçiləri
şəhid ailələrini
ziyarət ediblər. Ziyarət zamanı müzəffər Ali Baş
Komandan İlham Əliyevin
rəhbərliyi ilə
rəşadətli Ordumuzun
Vətən müharibəsində
düşmən üzərində
şanlı Zəfər
qazanmasından danışılıb,
şəhidlərimizin döyüşlərdə
göstərdikləri şücaətdən
söhbət açılıb.
Bildirilib ki, şəhidlərimiz
Vətən uğrunda
canlarını fəda
etməklə özlərindən
sonra gələn nəsillər üçün
gerçək qəhrəmanlıq,
yurdsevərlik örnəkləri
yaradıblar.
Lerik rayonunda şəhidlər
Zahir Əliyev, İsgəndər Dövlətli
və I Qarabağ müharibəsində itkin
düşmüş Aqşin
Dövlətovun ailələri
ziyarət olunub. Görüşdə mədəniyyət
müəssisələrinin əməkdaşları iştirak
ediblər. Şəhid
ailələrinə dövlət
tərəfindən göstərilən
diqqət və qayğıdan bəhs edilib, şəhidlərin
əziz xatirəsinin qəlblərdə daim yaşayacağı vurğulanıb.
N.Məmmədli
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.4.