“Amerikanın yaşıl
binalar təcrübəsi”
Yuta Universitetinin professoru
AzMİU-da
ABŞ Dövlət Departamentinin
“Fulbright” proqramı çərçivəsində
amerikalı mütəxəssis
Karolin Lavoie yeni tədris ilində
Azərbaycan Memarlıq
və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində
fəaliyyətə başlayıb.
AzMİU-dan
bildirilib ki, ABŞ-nin
Yuta Dövlət Universitetinin
Landşaft memarlığı
və ətraf mühitin planlaşdırılması
departamentinin professoru
Karolin Lavoie Memarlıq layihələndirilməsi
və şəhərsalma
kafedrasına təhkim
olunub. Fakültənin
müəllim və tələbələrinə “Amerikanın
yaşıl binalar təcrübəsi” mövzusunda
dərslər, seminarlar,
vörkşoplar və
ustad dərsləri keçən mütəxəssis
özünün bilik
və bacarıqlarını
onlarla bölüşür,
təmsil etdiyi universitetdə həyata keçirilən layihələr
haqqında detallı elmi-metodik məlumatlar verir.
Azərbaycanın tarixi abidələrinin
tanıdılması məqsədilə
amerikalı mütəxəssisin
Qobustan və “Atəşgah məbədi”
qoruqlarına səfəri
təşkil edilib. O,
həmçinin “Qala”
qoruğunda tələbələrlə
birgə vörkşop
keçirib.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.6.