Sazbəndlik sənəti və sazbəndlər haqqında
kitab nəşr olunub
“Ozan Dünyası” Aşıq
Yaradıcılığının Təbliği İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin
maliyyə yardımı
ilə “Sazbəndlik sənəti və sazbəndlər” adlı
kitab ərsəyə gətirib.
Kitab aşıq sənətinin
və bu sənətə bağlı
olan instrumental ifaçılığın
inkişafında mühüm
rol oynayan sazbəndlik sənətinə
və sazbəndlərə
həsr olunub.
Layihə
barədə məlumat
verən ictimai birliyin sədri Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğlu
bildirib ki, sazbəndliyin
tarixi elə sazın, aşıq sənətinin tarixi qədər qədimdir.
Zaman-zaman bir sənət
sahəsi kimi sazbəndlik də inkişaf edib, ustad sazbəndlər tərəfindən saz bir musiqi aləti
kimi daha da təkmilləşdirilib. Bu, özünəməxsus
incəlikləri olan,
sazbənddən peşəkarlıqla
yanaşı, aşıq
sənətinə, bütövlükdə
mədəniyyətimizə dair zəngin bilik və geniş
dünyagörüşü tələb edən spesifik bir sənət
sahəsidir.
“Təəssüflər olsun
ki, indiyədək aşıq
sənəti və ayrı-ayrı ustad aşıqlarla bağlı
çoxsaylı tədqiqatlar
aparılsa da, sazbəndlik
və sazbəndlər,
demək olar ki, diqqətdən kənarda qalıb. Qədim sənət sahəsi kimi, sazbəndliyə və sazbəndlərə
diqqətin artırılması,
bu sənətin tədqiq və təbliğ olunması bu gün olduqca
vacibdir”, – deyə o əlavə edib.
Musa Nəbioğlunun tərtib
etdiyi kitab iki hissədən ibarətdir.
Birinci hissədə sazbəndlik bir sənət sahəsi kimi diqqətə çatdırılır, onun
incəlikləri araşdırılır.
İkinci hissə isə sazbəndlərə
həsr olunub və burada ayrı-ayrı sənətkarlar
haqqında qısa məlumat verilib
Azərbaycan Aşıqlar Birliyinin
sədri, Əməkdar
elm xadimi, professor Məhərrəm
Qasımlı kitaba ön söz yazıb.
Kitabın elmi redaktoru
ADPU-nun prorektoru, filologiya
üzrə elmlər doktoru professor Mahirə Hüseynova, elmi məsləhətçi Azərbaycan
Aşıqlar Birliyinin
sədri professor Məhərrəm
Qasımlı, rəyçilər
filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi Elxan Məmmədli və
ADPU-nun Ədəbiyyat kafedrasının
müdiri dosent Razim Məmmədlidir.
Kitabdan folklor və musiqi araşdırıcıları,
aşıq sənəti
üzrə təhsil alan bakalavr və
magistrlər, eləcə
də geniş ictimaiyyət faydalana bilər.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.7.