“Məni candan usandırdı...”
Füzulinin qəzəli ABŞ-nin ədəbiyyat portallarında
Dövlət Tərcümə Mərkəzinin
“Azərbaycan ədəbiyyatı
beynəlxalq virtual aləmdə”
layihəsi çərçivəsində
Amerika Birləşmiş Ştatlarının
“All Poetry” və “PoetrySoup”
ədəbiyyat portallarında
dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin ingilis dilinə tərcümə
edilmiş “Məni candan usandırdı...” qəzəli yayımlanıb.
Dövlət Tərcümə Mərkəzindən
bildirilib ki, şairin yaradıcılığı haqqında
məlumatla təqdim olunan qəzəli ingilis dilinə tanınmış amerikalı
tarixçi və tərcüməçi Bernard Lyuis
çevirib.
Geniş
oxucu auditoriyası olan “All Poetry” və “PoetrySoup” portalları mütəmadi olaraq səhifələrində dünya
ədəbiyyatının görkəmli
simalarının yaradıcılığına
yer ayırır.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.6.