Həyatda elmdə izi qaldı...

 

 

Humanitar-ictimai fikrimizin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Fəridə Vəlixanova (1935-2023) bu günlərdə (4 sentyabr) 88 yaşında dünyasını dəyişdi. O, Azərbaycan Rusiyada deyil, həm Avropanın bir sıra ölkəsində tanınan ziyalılarımızdan idi. Onun ədəbiyyatşünaslıq elmimizin zənginləşməsində müstəsna xidmətləri olub. Fəridə xanım Bakıdakı 132 saylı məktəbi qızıl medalla bitirmiş, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində SSRİ EA (hazırda Rusiya) M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında təhsil almışdı.

Ədəbiyyatşünas-alim 1982-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bədii tərcümənin nəzəriyyəsi, tarixi təcrübəsi şöbəsini təşkil etmişdi. “Səməd Vurğun poeziyasının rus tərcümələri”, “Azərbaycan ədəbiyyatının beynəlmiləl üfüqləri”, “Azərbaycanın tərcümə tarixi s. monoqrafiyalarını çap etdirmişdi. Görkəmli tədqiqatçı Ədəbiyyat İnstitutunun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi idi.

Professor Fəridə Vəlixanovanın tədqiqatları milli filologiyamızla bərabər, tarixi-müqayisəli ədəbiyyatşünaslıq, habelə Şərq Qərb konteksti ilə möhkəm bağlı olub. Onun ədəbi əlaqələr müqayisəli ədəbiyyatşünaslı sahəsində mühüm uğurları elm aləminə yaxşı məlumdur. Təsadüfi deyil ki, elmi əsərləri, habelə, tərcümə nəzəriyyəsi tarixinə aid kitabları Avropa kitabxanalarında da saxlanılır.

Fəridə xanımınSəməd Vurğun rus dilində birinci Azərbaycan poeziyası antologiyasındaadlı monoqrafiyası müasir ədəbiyyatımızın xaricdə öyrənilməsi təbliği, S.Vurğunun tərcümə yaradıcılığının tarixi rusca nəşrləri, realist tərcümə məktəbinin prinsiplərinə həsr olunmuşdu. Monoqrafiya ədəbi-elmi qaynaqlar zəngin arxiv materialları əsasında Azərbaycan rus oxucularına çatdırılmışdı.

F.Vəlixanova tərcümə sənətində orijinalı, milli dili bilmək milli simanı dərindən tanımağın tərəfdarı idi. O hesab edirdi ki, faydalı tərcümə üçün gərək məqalə xatirələr, monoqrafiyalar da öyrənilsin, obyekt predmet dərindən qavranılsın, sonra tərcüməyə başlanılsın. Tərcümə nəzəriyyəçisi onu da bildirirdi ki, əvvəlcə sətri tərcüməyə çevirib, sonra poetik tərcümə etmək işin xeyrinə olur. Alimə görə tərcümədə vəznin, qafiyənin saxlanılmasının obyektiv subyektiv əsasları olmalıdır. Poeziyada bədii forma gözəlliyi mənəvi qüvvətdən doğmalıdır. Vacib məsələ şairliyin zəruri səsi, orijinalda əksini tapmış bədii gerçəkliyin yenidən canlandırılmasıdır. Orijinalın dilini, orijinalda ifadə olunmuş gerçəkliyi öz dilini gözəl bilməklə uğurlu tərcümə əldə etmək olar. Bədii tərcümənin Q.Qaçeçiladze, S.Marşak, P.Antokolski, M.Rılski, B.Pasternak, N.Qumilyov, İ.Dyakonov, V.Bryusov, E.Etkind kimi nəzəriyyəçiləri tərcüməçilik sənətinin əsasları haqqında qiymətli fikirlər söyləmişdi. F.Vəlixanova mühakimə təhlillərində ənənə varisliyi gözləməklə sələflərinə hörmətlə yanaşmış, onların mühüm elmi-nəzəri müddəalarını inkişaf etdirmişdi. Alim təqdir edirdi ki, H.Cavid, M.Müşfiq, S.Vurğun, Ə.Cavad, A.Axmatova, K.Çukovski, T.Qnediç, V.Markov, L.Eydlin, N.Rıkova, A.Adalis, V.Rojdestvenski öz fəaliyyətində poetik əməklə elmi-filoloji əməyi birləşdirirdilər. Bu mənada bədii yaradıcılıq, xüsusilə poeziya sənətkarın şəxsiyyəti, dünyagörüşü ilə möhkəm bağlı olur. Poeziyada mövcud lirik qəhrəman, əslində, sənətkarın şəxsiyyəti ilə onun estetik idealının vəhdətindən yaranır.

Müəllifin bir nəzəri fikri əhəmiyyətlidir ki, qohum dillərdə (türk dillərində) fonetik quruluşu eyni olan xalqların poeziyasında tərcümə zamanı vəzni saxlamaq vacibdir. Ona görə ki, burada vəzn sadəcə ölçü deyil, orijinalın bədii formasını, milli təfəkkür səviyyəsini göstərən daha geniş anlayışdır. Özbək Azərbaycan xalqlarının mədəniyyət ədəbiyyatı bir-birinə yaxın olduğundan tərcümə zamanı vəzni saxlamaq vacibdir. Məsələn, Maqsud Şeyxzadə poeziyasını Azərbaycan dilinə tərcümə edəndə onun əruzunu heca vəzni ilə əvəz etməyə haqqımız yoxdur. Lakin S.VurğunLeyli Məcnunpoemasının farsca yazıldığını nəzərə alıb onun əruzunu 11-lik hecada səsləndirməyi vacib bilirdi.

F.VəlixanovanınAkademik Vasili Vladimiroviç Bartold Azərbaycan mədəniyyəti tarixinin hüdudlarındaadlı monoqrafiyası görkəmli rus şərqşünası, tarixçi etnoqrafının həyat fəaliyyətinə həsr olunmuşdu. Bu qiymətli kitab alimin tədqiqatlarının aktuallığı, elmi yeniliyi, müasirliyi, tarixi əhəmiyyəti türkologiya elminə verdiyi nailiyyətlərlə səciyyəvidir. Müəllif şərqşünas-alimin elmi irsinə yanaşmasında tarixi-müqayisəli tədqiqat metodunun imkanlarına əsaslanırdı. O,  mənəvi potensiyanı akademik V.Bartoldun Azərbaycan Türkiyədə ali təhsil ocaqlarında oxuduğu mühazirə mətnlərindən alırdı. V.Bartold 1924-cü ildə ADU-nun Şərq fakültəsində mühazirələr oxumuşdu. Azərbaycan Tədqiq Tətəbbö Cəmiyyətinin Tarix-etnoqrafiya şöbəsiMüsəlman dünyasının tarixində Xəzəryanı vilayətlərin yeriadlı həmin mətnləri (cəmi 20 mühazirə) müqəddimə ilə birlikdə çap etdirmişdi.

Əməkdar elm xadimi F.Vəlixanova V.Bartoldun tarixçi yazıçı (filoloq) kimi fərdiyyəti üzərində geniş dayanmışdı. O, ədəbiyyat mədəniyyətin tarixi rolundan danışarkən Nizami, Nəsimi, Füzuli, Hadi, Sabir, S.Ə.Şirvani, C.Məmmədquluzadə, Puşkin, Tolstoy, Dostoyevski Çexov kimi sənətkarların cəmiyyət üçün mədəni-tarixi xidmətlərini nümunə göstərirdi. Qeyd edirdi ki, K.Paustovskiyə deyiləndə ki, almanların böyük ədəbiyyatı olmasına baxmayaraq, bu ədəbiyyat faşizmin gəlişinə mane ola bilməmişdi. O isə cavabında bildirmişdi ki, “alman ədəbiyyatı olmasaydı, faşizm qalib gələrdi”.

Akademik V.Bartold qədim türk köçəriləri tarixinin ən yaxşı bilicisi olub. O, elmi-pedaqoji fəaliyyətində ərəb İslam tarixinə böyük yer ayırıb. İslamla bağlı əsərlərindərus elmində ilk dəfə olaraq İslam dini tarixinə dair mühüm məsələlərə orijinal şərhlər verib”.

Sovet dövründə V.Bartold Rusiya EA Şərqşünaslar komissiyasının daimi nümayəndəsi, Türkologiya İnstitutunun direktoru, “İran” jurnalı digər nəşrlərin redaktoru olub. Şərqşünas-alim ittifaq respublikalarında Şərq tarixi kafedraları, elmi kitabxanaları, əlyazma fondları muzeylərinin yaradılmasında böyük xidmətlər göstərib. Bu baxımdan onunTaciklər” (1925), “Qırğızlar” (1927) əsərləri diqqətəlayiqdir.

Orta Asiya xalqlarının tarix etnoqrafiyasının məşhur bilicisi olan akademik V.Bartold 1926-cı ildə İstanbul Universitetində Orta Asiyanın türk xalqlarının tarixindən bəhs edən 12 mühazirədən ibarət vəsait hazırlamış onu 1927-ci ildə türk, 1935-ci ildə alman, 1945-ci ildə fransız dillərinə tərcümə etdirmişdi.  V.BartoldunTürküstan monqol işğalları dövründə” (1928) əsəri ingilis dilinə tərcümə olunmuş Londonda nəşr edilmişdi. Alimin 1927-ci ildəTürküstan dostları, tələbələri pərəstişkarlarıadlı məcmuəsi çapdan çıxmışdı. Burada onun tarix, arxeologiya, antropologiya, etnoqrafiya, filologiya, iqtisadiyyat biblioqrafiya sahələrinə dair yazıları yer almışdı.

Fəridə xanım V.BartoldunKitabi-Dədə Qorquddastanı sahəsində tədqiqləri üzərində ətraflı dayanmışdı. Göstərmişdi ki, əsər ilk dəfə rus dilinə bu görkəmli alim tərəfindən tərcümə edilmişdi. V.BartoldTürk eposu Qafqaz” (1930) adlı məqaləsində əhəmiyyətli elmi müddəalar irəli sürmüş dastanın Drezden əlyazmasını yenidən yazıya almışdı.

1894-1904-cü illərdə V.BartoldQorqud kitabı”nın 4 hissəsini rus dilinə çevirmiş orijinalı ilə birlikdə nəşr etdirmişdi. 1922-ci ildə Ümumdünya ədəbiyyatı kitabxanası üçün kitabların tərcüməsini başa çatdırmış, geniş ön sözlə çapa hazırlamış, lakin nəşriyyat bağlandığından çapı baş tutmamışdı. SSRİ EA-nın arxivində saxlanılan əlyazma akademik H.Araslı professor M.Təhmasibin redaktəsi ilə 1950-ci ildə Azərbaycan SSR EA-nın nəşriyyatında çap olunmuşdu. Həmin nəşrdə V.Bartoldun qeydlərinə bəzi düzəlişlər edilmiş, hətta tərcümə mətninin içində belə qeyd-şərtsiz özünə yer almışdı.

Professor F.Vəlixanova göstərirdi ki, V.BartoldDədə Qorqud”un ilk tərcüməsini orijinalı ilə birlikdə 1894-cü ildəİmperatorun Arxeologiya Cəmiyyəti Şərq bölməsinin qeydləri”ndə nəşr etdirmişdi. Nəşrin böyük elmi-tarixi dəyərindən, tərcümənin keyfiyyətindən, mənbəşünaslıq mətnşünaslıq əhəmiyyətindən bəhs edən Fəridə xanım yazırdı: “Azərbaycan xalqının tarixi-mədəni keçmişinə geniş differensial baxış akademik V.V.BartoldunKitabi-Dədə Qorqudkimi böyük xalq eposunun üzə çıxarılması, onun şərhi sistemləşdirilməsinə gətirib çıxarıb”.

F.Vəlixanova monoqrafiyasında Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan əlifbasının tarixi taleyi, yazı dilinin itirilməsi, ərəb fars dillərinin yazılı ədəbiyyata gəlişi milli mədəniyyətə təsiri barədə akademik V.Bartolda istinadla söz açmışdı...

Fəridə Ağaəli qızı Vəlixanova sadə, səmimi mehribanlığı, həm Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına verdiyi mühüm töhfələrlə qəlblərdə əbədi yaşayacaq. Ruhu şad olsun.

 

Əlizadə Əsgərli

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru

Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.6.