Kukla kimi qocalıq...

 

Kim istəməz ki? Bu, bir növ, əbədiyaşarlıq arzusu kimi anlaşıla bilər. Eh, həyat bütün ağrı əzabları ilə bizi qədər yorub, arada özündən qədər küsdürsə , bizim ona əbədi sevdamız tükənmir.

Yaşamaq çətin gözəl sənətdirdeyib hansısa müdrik. Bunu səhnə, sənət adamları bir başqa tərzdə ifadəyə can atırlar həmişə. Sağlam, gənc səhnədə qalmaq kimi. Amma həyat öz hökmünü verir o, bizi istədiyi kimi idarə edir. Sonda qalib ya məğlub tərəflər bəlli olmasa da...

Onu bundan illər əvvəl səhnədə, daha doğrusu, şırma arxasında, canlandırdığı personajlarıncism”i ruhu”nda görmüşdüm. Qaməti, şaqraq səsi, açıq-qonur gözləri ilə bir başqa həyatsevərliyi vardı. Bütün ömrünü teatra həsr etmək, özü o teatrın binəsi qoyulandan onun səhnəsində hər gün bir qəhrəmana, bir personaja, bir rekvizitə çevrilmək sizə asan gəlməsin.

Gəncədə olarkən, daha doğrusu, Gəncə Dövlət Kukla Teatrına çatar-çatmazXudayət müəllim gözə dəymir. Yəqin yenə, Allah bilir, hansı kuklasını bağrına basıb əzizləyir, onu yeni tamaşaçıları ilə görüşə hazırlayırdeyib gülümsündüm.

Üzündən təbəssümünü heç vaxt əskik etməyən teatrın direktoru Fərmail Paşayevin gözləri yaz buludu kimi dolub-boşaldı boğazında düyünlənən qəhəriləXudayət müəllim xəstədir, artıq səhnəyə çıxmırdeyib köks ötürdü. Bir neçə saniyə ikimiz susduq. Təqaüd yaşı 65-ə çatanda teatrdan getmək əndişəsi ilə yaşayıb zamanla mücadilə aparan sənət fədaisinin ömrün 63-cü payızında səhnə ilə belə çarəsiz ixtiyarsız vidalaşması ürəyimi göynətdi. Bu yerdə onsuz yetimləşən kuklaları, hər birinə bir fərd kimi yanaşdığı cansız qəhrəmanları gözlərim önündə dayandı. Sonra onlara acığım tutdu. Niyə? Axı, onları hərəkətə gətirən, can, ruh, dil-ağız, ömür, nəfəs verən adamlar qocalıb, xəstələnib ... səhnədən getsələr , kuklalar teatr binalarının rekvizit sexlərindəki asılqanlarında özlərininkukla kimi qocalmaqsəfalarını sürürlər...

Xudayət Məmməd oğlu Əsgərov 1960-cı il fevralın 14-də Gəncə şəhərində anadan olub. Musiqi məktəbinin tar sinfini Gəncə İnşaat Texnikumunu  bitirib. Təhsil aldığı illərdə şəhərdəkiİnşaatçılarMədəniyyət sarayınınGənclikxalq teatrında həvəskar aktyor kimi fəaliyyət göstərib. 1981-1986-cı illərdə Gəncə Dövlət Dram Teatrında səhnə maşinisti kimi çalışıb. 1986-cı ildənyəni Gəncə Dövlət Kukla Teatrı yaranandan orada aktyor kimi çalışıb.

Bu teatrın səhnəsində onlarla tamaşada müxtəlif səpkili rollar oynayıb, bir neçə səhnə işinə quruluş verib. “Meşə çaqqalsız olmaz”, “Pinokkionun sərgüzəştləri”, “Tənbəl Əhməd”, “Xoruzun hikkəsi”, “Dəli Domrul”, “Şeytanın dostukimi tamaşalar onun quruluşçu rejissor kimi istedad bacarığının təzahürləridir. Bir sıra beynəlxalq kukla teatrları festivallarında ölkəmizi layiqincə təmsil edib. 2006-cı ildə Prezident mükafatına, 2013-cü ildə isəƏməkdar artist” fəxri adına layiq görülüb.

...Bakıdan həmkarların gəldiyini eşidən kimi evdəkilərə göz açmağa imkan verməyib ki, bəs məni aparın, dostlarım uzaq yoldan gəliblər, onların görüşünə getməsəm, eyib olar.

Fərmail müəllim cansıxıcı sükutu pozub bir az aralıda dayanan maşına sarı yüyürdü. Sonra teatrın həyətində toplaşan gənclərəUşaqlar, görün kim gəlibdeyib qəhrəmanımı göstərdi. Aylardır görmədiyi həmkarlarını, həsrət qaldığı doğma teatrını yaddaşına əbədi həkk edirmiş kimi gözlərini daha iri açan qocaman kuklaçı, Əməkdar artist Xudayət Əsgərov gülümsünərək titrək əllərini dodaqlarına aparıb, hər kəsə təşəkkürünü öpüşləri ilə ifadəyə çalışdı.

Sevinə-sevinə “Ora, zala aparındeyib az qala quş tək uçacaqmış kimi əllərini yana açdı.

Azərbaycan Dövlət Kukla Teatrının gəncəlilərə sənət sovqatı olan “Melisa” tamaşasını, həmkarlarının ifalarını, canlı plan kukla oyunlarını ilk dəfə görürmüş kimi həyəcanla izlədi. Bir saatdan çox çəkən tamaşa müddətində diqqəti bir an belə səhnədən yayınmadı. Vallah, lap məəttəl qaldım. İnsanın kuklaya, teatra, səhnəyə bu boyda məhəbbətindəki hikmət, məntiq, məram, qədər çalışsam da, mənə tam mənasında məlum olmadı.

O, tamaşaya, mənsə ona baxırdım. Personajlar, səhnələr, işıq musiqilər dəyişdikcə əllərini ona uyğun hərəkət etdirir, sanki özü səhnədəymiş kimi ritmi tərzi əl ağız hərəkətləri ilə ifadə edirdi. Bəzən gözlərini qıyıb diqqətlə hansısa detalı nəzərdən keçirdikdən sonra məmnun təbəssümlə baş barmağını qaldırıb səhnədəkilərəəlaişarəsini verirdi.

Tamaşa bitdi, uşaqların alqış qəhqəhələrindən, şıltaq çığır-bağırlarından sonra salonda yalnız hər iki teatrın heyəti qaldı. Fürsətdən istifadə edib ona yanaşdım. Bir-iki dəqiqəlik fikir mübadiləsi elədik. Özünəməxsus təhlil verdi, tamaşa haqqında fikirlərini dedi. Onu prosesə qaytarmaq cəhdim kimiBəs siz necə edərdinizsualını verdim. Bir himə bəndimiş kimi tələm-tələsik nəyi necəedərdim”lərini dedi. Elə həvəs həyəcanla danışırdı ki, sözünü kəsmək mümkün deyildi. Necə oldusa, peşə dövrümün ən uğursuz amansız sualı çıxdı ağzımdan. Ondan səhnə üçün qədər darıxdığını xəbər aldım.

Kaş, kaş heç bu fikrə düşməzdim. Hönkürtü qarışıq fəryad ayaqlarımı yerdən kəsdi. Başını bulaya-bulayaDarıxmaq nədir, ürəyim partlayır. Dəli oluram. Çarəm olsa, o səhnədə son nəfəsimi verərəmdeyib taqətdən düşən əllərini yuxarı qaldırdı.   Qərqi-dəryayi-qəm oldum, ey Xudaya, dadə yet, Qüssədən gültək saraldım, ey Xuda, fəryadə yet...” ( Mir Möhsün Nəvvabın qəzəliymiş, sonradan öyrəndim) deyib inildədi.

Kor-peşman kömək üçün ətrafıma boylandım. Dilim-dodağım quruduğundan ona təsəlli verə bilmədim. Səsinə illərdir bir səhnəni bölüşdüyü həmkarları gəldi, onu dövrəyə alıb ən arzuladığı mənzərəni yaratdılar: səhnədəymiş kimi gurultulu, sürəkli alqışladılar. Tez günahımı yumaq üçün tamaşaçılardan birinin mənə verdiyi bir dəstə payız çiçəyini ona uzadıbAktyorun qucağı çiçəklə dolmalıdırdedim. Zoraki gülümsədim. Təzim edirmiş kimi əllərini sinəsinə apardı...

Belə qərara gəldik ki, o, tez bir zamanda sağalaraq səhnəyə çıxıb, ən sevdiyi tamaşalarından birini oynayacaq. Mən mütləq gedib izləyəcəm. Üstəlik, bir yazı da yazacam. Görək, hələ kim sözünün üstündə duracaq?...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.7.