Vətən istəyən şair...

 

Əli Tudənin 100 illiyinə həsr olunan kitab işıq üzü görüb

 

 

Gələn ilin yanvarında görkəmli şair, Əməkdar incəsənət xadimi, “Şöhrət zirvəsinə qalxmaq istəyən Millətin nərdivan etməsin gərək!” düşüncəli Əli Tudənin (Əli Qulu oğlu Cavadzadə; 1924-1996) anadan olmasının 100 illiyi tamam olacaq.

Cənubi Azərbaycanın Ərdəbil bölgəsində dünyaya göz açan şair ömrü boyu bütöv azad Azərbaycan arzusu ilə yaşayıb. Eyni zamanda yaradıcılığı ilə xalqın çoxəsrlik birlik amalının alovunu sönməyə qoymayıb. 50 il öz vətənində siyasi mühacir kimi yaşayıb, SSRİ pasportundan imtina edib...

Şairin qarşıdan gələn yubiley ili ərəfəsindəƏli Tudə – 100” adlı kitab çapdan çıxıb.

Qələm sahibinin oğlu Natiq Cavadzadənin böyük zəhmət sərf edərək ərsəyə gətirdiyi 608 səhifədən ibarət kitab “Azərnəşr”də işıq üzü görüb.

Kitabda məlumatlarYazılar, fikirlər, sənədlər”, “Həsr olunan şeirlər”, “BiblioqarafiyaQəzetlərdə jurnallarda çap olunan digər yazılaradlı dörd bölmə üzrə qruplaşdırılıb. Birinci bölmədə İlyas Əfəndiyev, Məmməd Rahim, Mehdi Hüseyn, Cabir Novruz, Xəlil Rza, Söhrab Tahir, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, İmamverdi Əbilov, Cəfər Xəndan, Yusif Seyidov, Hökümə Billuri, Sabir Rüstəmxanlı digər ədəbiyyat, elm mədəniyyət adamları, mətbuat nümayəndələrinin şair haqqında məqalələri verilib.

İkinci bölmədə Süleyman Rüstəm, Adil Babayev, Məmməd Araz, Əliağa Kürçaylı, Qabil, N.Həsənzadə, Aşıq Hüseyn Cavan, Müzəffər Şükür başqa şairlərin Əli Tudəyə həsr olunan şeirləri yer alıb.

Növbəti bölmədə müəllifin kiril, əski (ərəb qrafikalı Azərbaycan əlifbası) latın əlifbası ilə çap olunmuş kitablarının siyahısı, o cümlədən poema şeirlərinin yer aldığı 20 cildliyin biblioqrafik göstəriciləri təqdim edilir.

Sonuncu bölmədə isə Əli Tudənin həyat yaradıcılığı haqqındaKommunist”, “Ədəbiyyat incəsənət”, “Bakı”, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Mühacir”, “Mədəniyyət”, “525-ci qəzet”, “Xalq qəzeti digər qəzetlərdə, eləcə Azərbaycan”, “Ulduz s. jurnallarda dərc olunan müxtəlif səpkili yazıların biblioqrafik göstəriciləri verilib.       

Qeyd edək ki, şairin 100 illiyi münasibətilə bundan əvvəlMən gətirdimBakının işıqlarıkitabları TəbrizdəkiAzərturannəşriyyatında əski əlifba ilə çap olunub. Kitablar gənc yazar tərcüməçi Əli Aslani tərəfindən tərtib edilib. O, həmçinin 100 illik münasibətilə şairinTəbriz yolu”, “Araz üstə palıdkitablarını xatirələrini çapa hazırlayır.

 

F.Yunisli

Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.7.