Prodüserlərin yüksəlişitəlim proqramının açılışı olub

 

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı iləProdüserlərin yüksəlişiadlı təlim proqramı həyata keçirilir.

Təlimlər Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimləri, tanınmış alman prodüserlər Martin Hagemann Titus Kreyenberq tərəfindən təşkil olunur.

Oktyabrın 9-da təlim proqramının açılış mərasimi olub.

Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bektaşi çıxış edərək layihə haqqında məlumat verib. Qeyd edib ki, proqramın məqsədi Azərbaycanda yeni nəsil prodüserləri hazırlamaqdır: “Bu gün burada təcrübəli prodüserlərlə yanaşı, bu sahəyə ilk addımlarını atan prodüserlər iştirak edir. Təlim iki mərhələdə keçiriləcək. Birinci mərhələ (intensiv mərhələ) oktyabrın 13-dək davam edəcək. İkinci mərhələdə isə təlim iştirakçılarının ideyaları əsasında kino layihəsi ilə bağlı aparılacaq. Bu mərhələ zamanı təlim rəhbərləri tərəfindən “Zoom” proqramı vasitəsilə iştirakçılarla əlaqə yaradılacaq”.

Prodüser Martin Hagemann təlimin strukturu barədə danışıb. Bildirib ki, 8 həftə davam edəcək təlimlərdə prodüser sənayesi, bu sahənin əsasları haqqında məlumat veriləcək: “Təlim zamanı iştirakçılar hər birində 15 nəfər olmaqla iki qrupa bölünəcək. Amma biz Titus Kreyenberqlə birlikdə tez-tez qrupları dəyişdirəcəyik. Bu, təlimin effektiv olmasına şərait yaradacaq”.

Prodüser Titus Kreyenberq təlimin əhəmiyyətindən bəhs edib.

Çıxışlardan sonra təlim iştirakçıları ilə tanışlıq olub.

Qeyd edək ki, təlim iştirakçıları üçün rəqabətədavamlı kino biznesinin yaradılması idarə olunması, yerli xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli xarici satışının təşkili, eləcə digər sahələr üzrə fundamental biliklərə yiyələnmək imkanı təqdim edir. Eyni zamanda iştirakçılar təlim müddətində müasir beynəlxalq standartlara cavab verən kino layihələrini hazırlamaq fürsəti qazanacaqlar.

Proqramın sonunda iştirakçılara sertifikat veriləcək. Ən yaxşı kino layihələrinin müəllifləri isə fərqlənmə sertifikatı ARKA-nın təşkil etdiyi film layihələri müsabiqələrində digər layihələrdə güzəştli iştirak hüququ qazanacaqlar.

Təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur.

 

Nurəddin

Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.3.