Muğam ifaçılığında məxsusi
yeri olan sənətkar
Xalq artisti
Tələt Qasımovun
xatirə gecəsi
Görkəmli xanəndə, Xalq
artisti Tələt Qasımovun (1933-2013) anadan
olmasının 90 illiyi
oktyabrın 5-də Beynəlxalq
Muğam Mərkəzində
(BMM) qeyd edilib.
Xatirə
gecəsində əvvəlcə
xanəndənin ifasından
parçalardan ibarət
videoçarx nümayiş
olunub.
Filologiya
elmləri doktoru Vüqar Əhməd çıxış edərək
sənətkarın ömür
yolundan, musiqi mədəniyyətimizin inkişafındakı
xidmətlərindən danışıb.
Milli Məclisin deputatı Ziyad
Səmədzadə, Xalq
artistləri Firuz Əliyev, Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Ramiz Quliyev
və digər çıxış edənlər
Tələt Qasımovun
yaradıcılığından söz açıblar. Qeyd edilib ki, yüksək ifaçılıq
mədəniyyətinə malik xanəndə gözəl
səsi, təkraredilməz
oxuma tərzi ilə diqqəti cəlb edib. O, muğam dəsgahlarının
gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını
dərindən mənimsəyib.
Tələt Qasımov
uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib.
Zülfü Adıgözəlov,
Hacıbaba Hüseynov
məktəbində ustad
xanəndə kimi püxtələşmiş Tələt
Qasımov sənətdə
öz ənənələrini
yaradıb.
Xatirə
gecəsi xanəndənin
repertuarından ibarət
konsert proqramı ilə davam edib. Xalq artistləri
Alim Qasımov, Nəzakət
Teymurova, Teyyub Aslanov, Gülyaz Məmmədova, Vamiq Məmmədəliyev, Əməkdar
incəsənət xadimi
Aqil Məlikov, Əməkdar
artistlər Təyyar
Bayramov, Ehtiram Hüseynov,
BMM-in solistləri Mirələm
Mirələmov, Vəfa
Vəzirova, Məmməd
Nəcəfov, Almaxanım
Əhmədlinin ifaları
dinlənilib.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.5.