Moskvadakı “Azərbaycan” pavilyonunda Tağıyevə həsr
olunmuş sərgi
Moskvadakı Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin
(XTNS) “Azərbaycan” pavilyonunda
Hacı Zeynalabdin Tağıyevə həsr
olunmuş sərgi açılıb
“Hacı Zeynalabdin Tağıyev – sənayeçi
və mesenat. Şəxsiyyətin Rusiya
və Azərbaycan tarixindəki rolu” adlı fotosərgi Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin törəmə
müəssisəsi olan
“SOCAR RUS” şirkəti və
Geologiya, Neft və Qaz Muzeyi
tərəfindən təşkil
olunub.
Açılışda çıxış
edən pavilyonun direktoru Səadət Qədirova vurğulayıb
ki, xeyriyyəçi və
neft maqnatı Hacı Zeynalabdin Tağıyevin şəxsiyyəti
ən böyük diqqətə layiqdir. “Hacı Zeynalabdin Tağıyev öz sərvətini böyük
humanitar layihələrə
xərcləyirdi. Bu layihələr
həm Azərbaycana, həm də Rusiyaya həsr olunmuşdu. O, azərbaycanlı
qızların təhsil
almasına xüsusi diqqət yetirirdi və onlar üçün
Bakıda məktəb
inşa etdirmişdi”,
– deyə o bildirib.
Sərgidə Hacı Zeynalabdin
Tağıyevin həyat
yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər
nümayiş olunur. Sərginin qonaqları habelə bu görkəmli sənayeçi
və xeyriyyəçinin
tərcümeyi-halı Azərbaycanın
neft sənayesinin tarixi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.8.