VI Bakı Beynəlxalq
Memarlıq Müsabiqəsinin
mükafatçıları bəlli olub
Xəbər verdiyimiz kimi,
4-6 oktyabr tarixlərində
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi
və Azərbaycan Memarlar İttifaqının
təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi
ilə VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirilib.
Ənənəvi müsabiqə
bu dəfə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Bu il müsabiqəyə 26 ölkədən
200-dən çox iş
təqdim olunub. Onlardan 37-si yerli memarlara məxsusdur.
Oktyabrın 6-da müsabiqənin nəticələri elan olunub.
Mərasimdə Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
sədri Anar Quliyev, mədəniyyət
nazirinin müavini
Murad Hüseynov, “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsi
idarə heyətinin sədri Şahin Seyidzadə, münsiflər
heyətinin üzvləri,
digər qonaqlar iştirak ediblər.
Azərbaycan Memarlar İttifaqı
idarə heyətinin sədri Elbay Qasımzadə diqqətə
çatdırıb ki, müsabiqə
hər birində üç yer olmaqla yeddi nominasiya
üzrə keçirilib
və ümumilikdə
21 iş seçilərək
mükafata layiq görülüb.
1-ci, 2-ci və 3-cü yerlər üçün müvafiq
olaraq 4000, 2500 və
1000 manat pul mükafatları və diplomlar, eləcə də hər nominasiyanın birincisi üçün simvolik kubok təqdim olunur.
Beləliklə, A nominasiyasında (İctimai
binaların memarlığı
sahəsində həyata
keçirilmiş ən
yaxşı layihə)
mükafatçılar: I yer
– Nguyen Quang Hien (Vyetnam, “The Vibes Urban Green
Hub” layihəsi); II yer
– Natalina Vieira da Costa, Frédéric Hérard (Fransa, “Mathaux Nautical Centre”); III yer –
Islam El Mashtooly (Misir,
“Once Upon a Forest”).
B – Yaşayış binalarının
memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə nominasiyası: I yer – Asif
Mohammed Ahsanul Haq (Banqladeş, “Anukrom” layihəsi); II yer – Anas Koubaiti (Fransa, “The
Bioclimatic Ribat”); III yer – Sharif Uddin Ahammed (Banqladeş, “The
Carnation”).
C – Həyata keçirilmiş
ən yaxşı interyer nominasiyası: I yer – Rakibul Hasan (Banqladeş, “Auchan Retail” layihəsi); II yer – Maya Sereteli (Gürcüstan, “Loft in Tbilisi”); III yer – Iqbal Sarawat, Monon-Bin Yunus, Rajib Ahmed (Banqladeş,
“Rejuvenated Coexistence_Charuta Factory Office
Interior Design’’).
D – Həyata keçirilməmiş
ən yaxşı layihə nominasiyası: I yer – Comi Serena, Baldi Gino (İtaliya, “House
without a roof” layihəsi); II yer – Pedro Paes Lira (Braziliya;
“Marupi”); III yer –
Sharif Uddin Ahammed (Banqladeş,
“Resilient Response for Coastal Area”).
E – Landşaft memarlığı
sahəsində həyata
keçirilmiş ən
yaxşı layihə
nominasiyası: I yer –
Song Yehao (Çin,
“Fish-Joy Bamboo Pavilion of INBAR of 2021 Yangzhou Expo” layihəsi);
II yer – Simone Gobbo, Motolla
Alberto (İtaliya, “Bivouac Fanton”);
III yer – İnarə Əzimzadə (Azərbaycan,
“Heydər Əliyev parkının yenidən qurulması və landşaft dizaynı”).
F – Binaların bərpası və yenidən qurulması sahəsində
həyata keçirilmiş
ən yaxşı layihə nominasiyası: I yer – Song Yehao (Çin, “History Museum of Qifeng
Village” layihəsi); II yer
– Mouaz
Abouzaid (Misir, “Maghagha Post Office”); III yer
– Uğur Miralay (Azərbaycan, “Şuşa şəhərində
Mehmandarovların malikanə
kompleksinin bərpası”).
G – Memarlıq sahəsində
ən yaxşı nəşr nominasiyası: I yer – Raihə Amənzadə (Azərbaycan, “Gəncə
– memarlıq salnaməsi
XII-XIX” kitabı); II yer
(iki mükafat) – Azərbaycan Memarlar İttifaqı (“Azərbaycan
Memarlar İttifaqı
– 85” kitabı) və Mohammed Mahbubur
Rahman (Banqladeş, “City of an Architect” kitabı).
Mükafatlandırmadan sonra münsiflər heyətinin
üzvləri Kevin Bingham, Divya
Kush və Giuseppe Cappochin
Azərbaycan Memarlar İttifaqının fəxri
fərmanları və
hədiyyələrilə təltif
ediliblər. Ənənəvi
olaraq, Bakı Beynəlxalq Memarlıq Müsabiqələrində 1-ci yerlərin qaliblərinə
verilən kubokun eynisi Beynəlxalq Memarlar İttifaqında saxlanılmaq üçün
Fransaya, təşkilatın
qərargahına göndərilir
və bu missiyanı yerinə yetirmək münsiflər
heyətinin sədri xanım Deniz İncedayıya
həvalə edilib. Bundan başqa ona, Azərbaycan Memarlar İttifaqının
fəxri fərmanı
və hədiyyə təqdim olunub.
Həmçinin müsabiqənin həmtəsisçisi
kimi Mədəniyyət
Nazirliyinə müsabiqənin
kuboku və Memarlar İttifaqının
fəxri fərmanı
təqdim edilib. Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Jose Luis Kortes Azərbaycan Memarlar İttifaqının ali təltifi olan “Mikayıl Hüseynov” xatirə medalı ilə təltif olunub.
Lalə
Mədəniyyət.- 2023.- 11 oktyabr.- S.1;5.