Şabranda rəssamların simpoziumu
Şabranda rəssamların “Təbiətin
vibrasiyaları” adlı
simpozium keçirilib.
Oktyabrın 2-dən 9-dək davam edən simpozium “Birləşmiş
Rəssamlar Klubu”nun
təşəbbüsü əsasında və “Çardaq” qrupunun art-platforması ilə əməkdaşlıq çərçivəsində
Azərbaycan Rəssamlar
İttifaqı və
“Shabran Wellbeing Resort” hotelinin
dəstəyi ilə təşkil olunub.
Tədbirdə rəssamlar Anar
Hüseynzadə, Zümrüd
Hüseynzadə, Elşən
Qaraca, Şəbnəm
Qaraca, Aydın Əsgərov, Anar Bəylər, Salihə Bəylər, Təranə
Vaqifqızı, Vəfa
Yüzbaşıyeva, Nigar
Familsoy, Vüsalə Ağarazıyeva iştirak
ediblər.
Layihənin kuratoru rəssam
Bəhram Xəlilovun bildirdiyinə görə,
simpoziumun konsepsiyası
musiqi və təsviri sənət vasitəsilə təbiətlə
ünsiyyətin ifadəsindən
ibarət olub.
Rəssamların simpozium müddətində
çəkdikləri əsərlər
yaxın vaxtlarda İçərişəhərdəki Müasir İncəsənət
Mərkəzində sərgilənəcək.
Mədəniyyət.- 2023.- 13 oktyabr.-
S.4.