Beynəlxalq konfransın iştirakçıları Şəkidə

 

Türk Dövlətləri Təşkilatı İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Bakıda keçirilənYaşanıla bilən dayanıqlı irs şəhərlərimövzusunda beynəlxalq konfransın proqramı çərçivəsində oktyabrın 12-də Şəki şəhərinə tur təşkil olunub.

Konfrans iştirakçıları şəhərin qədim tarixi hissəsini – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, tarixi abidələrlə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Hazırda qoruğun ərazisindəki tarixi abidələrdə Dövlət Turizm Agentliyi tərəfindən təmir-bərpa işləri davam etdirilir.

Diqqətə çatdırılıb ki, XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi olan Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi 2019-cu ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Qonaqlar sarayın önündə xatirə şəkilləri çəkdirib, yerli musiqiçilərin ifasında muğam xalq mahnılarını dinləyiblər.

Beynəlxalq konfransın iştirakçıları qoruğun ərazisində yerləşən “ABAD” keramika tətbiqi sənət mərkəzində Şəki Dövlət Rəsm Qalereyasında olub, inşa tarixi XVIII əsrin sonlarına aid edilənYuxarı Karvansaramehmanxana-kompleksinin həyətində Şəkinin tarixi, mədəni irsi haqqında sərgiyə baxıblar.

 

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.4.