“Anadolu” agentliyi Naxçıvan
abidələrindən reportaj
hazırlayıb
Türkiyənin “Anadolu” agentliyi “Naxçıvanda
Duzdağdakı xəstəxana
şəfa gözləyənlərə
ümid olur” və “Naxçıvandakı
türbələr əsrlərdir
ki, bütün əzəməti
ilə ayaqda dayanır” sərlövhəli
reportajlar yayıb.
Mehmet
Yusuf Melikoğlunun müəllifi
olduğu birinci reportajda Duzdağ Fizioterapiya Mərkəzində
dünyanın müxtəlif
yerlərindən gələn
tənəffüs problemi
olan xəstələrə
sağlamlıq xidməti
göstərildiyi vurğulanır.
Qeyd olunur ki, Duzdağın 350 metr dərinliyində mərkəzdə
qurulan palatalarda xəstələr 10-15 günlük
müalicədən sonra
sağlamlıqlarına qovuşurlar.
Digər
reportajda isə Qarabağlar türbə kompleksi (XII-XIV əsrlər,
Kəngərli rayonunun
Qarabağlar kəndi)
və Möminə xatın türbəsindən
(1186, Naxçıvan şəhəri)
bəhs edilir. Bildirilir ki, adıçəkilən
abidələr Naxçıvana
gələn turistlərin
böyük marağına
səbəb olur. Türk qadınlarına verilən dəyərin göstəricisi olan Möminə xatın türbəsi Eldənizlər
dövründə inşa
edilib.
Qeyd edək ki, reportajlar Türkiyənin trthaber, trtavaz, ntv və
digər saytlarında
da yayımlanıb.
Mədəniyyət.- 2023.- 13 oktyabr.-
S.4.