Gəncədə raket terrorunun qurbanları yad edilib
2020-ci ilin Vətən müharibəsi dövründə
Ermənistan ordusu tərəfindən Gəncə
şəhərinə 5 dəfə
(4, 5, 8, 11, 17 oktyabrda) raket
və artilleriya zərbələri endirilib.
Nəticədə 26 nəfər
həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən
mülki infrastruktur obyektlərinə, nəqliyyat
vasitələrinə külli
miqdarda ziyan dəyib.
Oktyabrın 11-də, Ermənistan silahlı qüvvələrinin
Gəncəni növbəti
dəfə raket atəşinə tutmasının
üçüncü ildönümündə,
faciə qurbanları anılıb.
Xatırladaq ki, düşmənin 2020-ci il oktyabrın 11-də gecə
saat 2-də Gəncə
şəhərində çoxmənzilli
yaşayış binalarını
raket atəşinə
tutması 10 sakinin ölümünə, 30-dan çox
insanın yaralanmasına
səbəb olmuşdu.
Şəhər İcra Hakimiyyətinin
rəhbərliyi, ictimaiyyət
nümayəndələri və
şəhər əhalisi
Gəncənin Ermənistan
silahlı qüvvələri
tərəfindən raket
atəşinə tutulması
nəticəsində dağılan
ərazini ziyarət edərək, şəhid
olan mülki şəxslərin əziz
xatirəsini ehtiramla anıblar.
Mədəniyyət.- 2023.- 13 oktyabr.-
S.4.