“Üzeyir Hacıbəyli
Şuşaya qayıdır”
İtaliyada yaşayan azərbaycanlı
bəstəkarın əsəri
İtaliyada yaşayan azərbaycanlı
bəstəkar Kəmalə
Əlizadənin mədəniyyət
paytaxtımız Şuşaya
həsr olunmuş “Üzeyir Hacıbəyli Şuşaya qayıdır”
əsəri Bakıda
təqdim edilib.
Diasporla
İş üzrə
Dövlət Komitəsindən
bildirilib ki, bəstəkar
kompozisiyanı Şuşa
azad ediləndən dərhal sonra simli kvartet və
fortepiano üçün yazıb.
Üzeyir Hacıbəylinin
azad yurda qayıdışını simvolizə
edən əsər dahi bəstəkarın “Arşın mal alan” operettası və “Sənsiz” romansı mövzuları əsasında
yazılıb.
“Şuşanın işğaldan
sonra bəstəkara necə göründüyünü
göstərmək istədim.
Bu, dağılmış, bizim
üçün darıxan
Şuşadır”, – deyə
K.Əlizadə vurğulayıb.
Qeyd edək ki, əsər bu yaxınlarda Üzeyir Hacıbəyli
XV Beynəlxalq Musiqi Festivalında Kəmalə
Əlizadə (fortepiano), Ceyla
Seyidova (1-ci skripka), Soltan Məmmədov (2-ci skripka), Vaxtanq İmanov (alt) və Aleksey
Miltıxın (violonçel)
ifasında təqdim olunub.
Bakı
Musiqi Akademiyasında görkəmli bəstəkar
Arif Məlikovun sinfini bitirmiş K.Əlizadə təhsilini İtaliyada (İstituto Superiore di Studi Musicali) davam etdirib. O, həyat yoldaşı, bəstəkar və musiqişünas Stefano Muskaritolo
ilə birlikdə Azərbaycanla bağlı
layihələr həyata
keçirir.
Mədəniyyət.- 2023.- 13 oktyabr.-
S.5.