Brüsseldə “Abşeronun gözəllikləri”
Belçikanın paytaxtı Brüsseldəki
“GNF” rəsm qalereyasında
“Abşeronun gözəllikləri”
incəsənət sərgisinin
açılışı olub. Müxtəlif ölkələrdə yaşayan
səkkiz azərbaycanlı
sənətkarın heykəltaraşlıq
və rəsm əsərləri, dizayn işləri sənətsevənlərə
nümayiş olunub.
“POkNART Consulting” (Aglaia Ponomareva)
və Qlobal Proqressiv Strategiya İnstitutunun (Inesa Ciornii) birgə təşkil etdiyi sərgi ölkəmizin Belçikadakı səfirliyi
tərəfindən dəstəklənib.
Noyabrın 10-dək davam edəcək
sərgidə Bavera Əliyeva, Zümrüd Zeynallı, Aynur Qasımova, Sevinc Kərimova, Marina Lysova, Anar Hüseynzadə, Rəfail Əliyev və Emin Qəhrəmanovun
əsərləri nümayiş
olunacaq.
Mədəniyyət.- 2023.- 13 oktyabr.-
S.8.