Milli təfəkkür tarixi yaddaş şairi

 

AMEA-da Məmməd Arazın 90 illik yubileyi qeyd edilib

 

 

Oktyabrın 11-də AMEA-nın Humanitar Elmlər Bölməsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı Xalq şairi Məmməd Arazın (1933-2004) 90 illik yubileyinə həsr olunmuş “Milli təfəkkür tarixi yaddaş şairi Məmməd Arazmövzusunda konfrans keçirilib.

Konfransı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq şairin zəngin yaradıcılığından bəhs edib. Bildirib ki, Məmməd Araz müstəqilliyimiz uğrunda aparılan mübarizənin önündə gedən qüdrətli Azərbaycan şairidir. Onun sovet dönəmində xalqa, vətəninə, milli ideallara, ölkənin inkişafına, milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə həsr olunmuş dəyərli poetik nümunələri Azərbaycan ədəbiyyatı tarixində əbədi yaşamaq haqqı qazanıb. Onun yaradıcılığı bütövlükdə müstəqillik ideallarına, Azərbaycana, onun böyük gələcəyinin vəsf edilməsinə həsr olunub. Yaradıcılığında əsasən Vətən, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən Məmməd Araz poeziyası bu gün dillər əzbəridir.

Məmməd Arazla dostluq münasibətləri unudulmaz görüşlərindən söz açan İsa Həbibbəyli şairlə bağlı xatirələrini bölüşüb.

KonfransdaMəmməd Arazın fəlsəfi dünyagörüşü barədə bir neçə söz” (professor İlham Məmmədli), “Vətən daşlarının Vətən nəğməsi” (Xalq şairi Sabir Rüstəmxanlı), “Məmməd Araz poeziyasında milli təfəkkür, milli kimlik tarixi yaddaş” (tarix elmləri doktoru Eynulla Mədətli), “Məmməd Arazın fəlsəfi lirikası” (filologiya elmləri doktoru Vaqif Yusifli), “Məmməd Araz yaradıcılığı epik şeir kontekstində” (professor Tahirə Məmməd) digər mövzularda məruzələr dinlənilib.

Məruzələrdə Məmməd Arazın yaradıcılığından, şəxsiyyətindən, fəlsəfi lirikasından, şairin poeziyasında milli təfəkkür, milli yaddaş, Vətənə, torpağa bağlılıq digər mövzulardan söz açılıb. Qeyd edilib ki, Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır.

Sonda Məmməd Arazın nəticələri Sara Fərəh Abbasovalar şairin şeirlərini söyləyiblər.

 

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.6.