Təmsilçilərimiz Delfi oyunlarında mükafatlara layiq görülüblər
Xəbər verdiyimiz kimi,
6-10 oktyabr tarixlərində
Qırğızıstanın paytaxtı Bişkekdə
MDB ölkələrinin yeniyetmə
və gəncləri
(10-25 yaş) arasında
XVII Delfi Oyunları keçirilib. Azərbaycan
da ənənəvi olaraq
bu oyunlarda təmsil edilib.
Musiqi (oxuma və instrumental ifaçılıq), rəqs,
təsviri sənət,
bədii sənətkarlıq
kimi sahələri əhatə edən oyunlar milli mədəniyyətin
qorunub saxlanılması
və inkişafına
kömək edilməsi,
mədəniyyətlərarası dialoqun, MDB ölkələrinin
gənclərinin, yaradıcı
ziyalıların və
tədris müəssisələrinin
əməkdaşlığını təşviq məqsədilə
keçirilir.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu il ölkəmizdən
15 nəfərdən ibarət
heyət Qırğızıstan
paytaxtındakı Delfi
oyunlarında iştirak
edib.
Oyunlarda
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
direktoru Əməkdar
artist Əziz Qarayusifli
“nəfəs alətləri”
nominasiyası üzrə
münsiflər heyətinin
sədri olub.
“Xalq çalğı alətləri” nominasiyası
üzrə Azərbaycan
Milli Konservatoriyasının tələbəsi Solmaz Rəhimova (qanun) II yerə, “Buta” ansamblı (Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin şagirdləri
Şahanə Əhmədsoy
(qanun) və Nazənin Məmmədli (kamança)) III yerə, Azərbaycan Milli Konservatoriyasının
tələbəsi Hüseyn
Nağıyev (kamança)
diploma layiq görülüblər.
“Nəfəs alətləri”
nominasiyasında Qara Qarayev adına Mərkəzi İncəsənət
Məktəbinin şagirdi
Hüseyn Gözəlov
(klarnet) III yeri tutub. “Fortepiano” nominasiyası
üzrə Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Ayaz Salahov, Bakı Musiqi Akademiyasının məzunu, Prezident təqaüdçüsü Emil Əhmədzadə diplomant
adını qazanıb.
Mərkəzi İncəsənət Məktəbinin konsertmeysterləri
Sevinc Kərimova və Nigar Heydərli
XVII Delfi oyunlarında
iştirakçıları müşayiətə görə
sertifikatla təltif ediliblər.
Dosent Əziz Qarayusifli Bişkek şəhərində
kollec və konservatoriyanın tələbələrinə
klarnet ixtisası üzrə ustad dərsi keçib.
Qeyd edək ki, incəsənət
bacarıqları sahəsində
gənclərin yarışması
– Delfi oyunlarının
tarixi qədim Yunanıstana gedib çıxır. Bu oyunlar
ilk dəfə e.ə.
582-ci ildə Delfi şəhərində təşkil
olunub və o dövrdə Olimpiya oyunlarından sonra ikinci nüfuzlu yarışma sayılıb.
Yeni tarixdə bu oyunlar beynəlxalq miqyası ilə 1927-ci ildə yenə Yunanıstanda bərpa olunub, amma bir
neçə ildən
sonra (Avropada müharibənin başlaması
ilə) dayandırılıb.
Ən son olaraq Delfi oyunları 2000-ci illərdə Rusiyanın təşəbbüsü ilə
dirçəldilib, bir
neçə dəfə
beynəlxalq, daha sonra isə yalnız MDB miqyaslı yarış kimi keçirilməyə başlanıb.
Beynəlxalq Delfi Komitəsinin qərargahı
Moskvadadır.
Mədəniyyət.- 2023.- 13 oktyabr.-
S.5.