Sabaha ümidi olmayanların gündəliyi yanmasa da olar...

 

Bütün zamanlarda olduğu kimi, bu gün cəmiyyətin rasional düşünənlərinə qarşı çıxanlar var. Dezinformasiya yaymağı az qala vərdiş halına gətirənlər, “heç nədən hay-küyqoparanlara inananlar da... Maraqlıdır, necə olur yalana, cəfəngiyyata belə rahatlıqla inanırıq? Qısası, duyğularını çoxdan köhnə palto kimi asılqanda unudanlar üçün isə demək çətindir. Amma klassik müasir ədəbi-bədii cəhdlər, xüsusən yaşamaq uğrunda özü ayrıca mübarizə aparan teatr, inadından dönmür ki, dönmür...

Bu cəhdlərdən birini bu günlərdə Akademik Milli Dram Teatrında izlədim.  Oktyabrın 3-də bu səhnədə Bakı Bələdiyyə Teatrının Xalq yazıçısı İlyas ƏfəndiyevinMəhv olmuş gündəliklərpyesi əsasında hazırladığı eyniadlı tamaşanın premyerası gerçəkləşdi.

Nümayişdən öncə teatrşünas, professor İlham Rəhimli çıxış edərək İlyas Əfəndiyev irsindən, onun görkəmli teatr rejissoru, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Xalq artisti Tofiq Kazımovla uğurlu yaradıcılıq əməkdaşlığından söz açdı.

Ardınca tamaşaçı auditoriyasına yaxşı tanış olanMəhv olmuş gündəliklərsəhnədəvərəqlənməyəbaşlandı.

Teatrın bu tamaşaya müraciəti əbəs deyil. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 3 mart 2023-cü ildə imzaladığı sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi tanınmış pedaqoq, görkəmli teatr rejissoru, Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı həyata keçirir. Bakı Bələdiyyə Teatrı da “Məhv olmuş gündəliklər”ə buna görə müraciət edib. Ədibin 1969-cu ildə qələmə aldığı pyes Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən tamaşaya qoyulub müəllifinə şöhrət gətirib. Pyesi səhnələşdirən rejissorlardan biri Tofiq Kazımov olub səhnə işi böyük maraqla qarşılanıb.

Premyerası keçirilən indiki tamaşaya isə Xalq artisti Mərahim Fərzəlibəyov quruluş verib. Səhnə əsərinin quruluşçu rəssamı İlham Əsgərov, musiqi tərtibatçısı Nazim Əbidov, işıqçı rəssamı Tərlan Ələsgərlidir.

Birhissəli lirik-psixoloji dramda rolları Zülfiyyə Məmmədova (Fəridə), İlqar Musayev (Ədalət), Nigar Babayeva (Anjel), Məmmədağa Əlilicanzadə (Savalan), Toğrul Rza (Qənimət) Əməkdar artist Gülsabah Quliyeva (Gövhər) ifa edirlər.

Gələk bütün münasibətlərini əlindəki bir əlcəağıllıtelefonlarla tənzimləyib cild-cild gündəlikləri bir-iki cümləlik statuslara sığdıran Z nəslinə yad olan mövzunun səhnə həllinə. Ondan başlayım ki, məhz bu buna oxşar səhnə əsərləri daim özünün orijinallığını diktə edir ona hər hansı müdaxilə yamaq kimi görünür.

Aktuallığını bu gün qoruyub saxlayan əsərin budəfəki səhnə həllinimüasirləşdirməküçün mobil telefonla başlayıb, elə onunla bitirən ultramüasirlik cəhdi çox da uğurlu deyildi. Səhnə tərtibatından aktyorların geyim saç üslubu, danışıq ifa maneralarına qədər hər məqamın klassik olduğu tamaşada smartfonların işə yaradığını demək çətin olsa da, arabir DJ rolunu oynaması tək təsəllimiz oldu. Üstəlik, hər detalda klassikanın ağırlığını göstərməyə çalışan rejissor köhnə tələbə yoldaşlarını niyə bu vəziyyətə salmışdı?

Aktyorların oyun üslubundan görüldüyü qədər, rejissor maraqlı bir bölgü eləmişdi. Məsələn, bir cütlüklə rejissor materialı baxımından çox işləmiş, digərini isə tamaşaçının ümidinə buraxmışdı. Bu arxayınlıqdaOnsuz da Fəridəni sevəcəklərkimi qəliblənmə var idi.

Məsələ xarici görünüş, cazibə ölçülər baxımından obraza uyğunluqda deyil. Əsas məqam əsərin, qəhrəmanın, öz hisslərinin təzadı arasında çırpınan sadə, səmimi sadəlövh Fəridənin səhnə dilini, tamaşaçısına ifadə üsulunu tapmaq idi. Bunu da az-çox rejissor təyin etməli olduğundan tamaşaçının qarşılaşdığı mənzərə  başlı-başına oyun təsiri bağışlayırdı. Bu nüansı Savalan rolunun ifaçısına da şamil etmək olar. Bu arxayınlıq, özünəvurğunluq, təəssüf ki, səhnədə yeni-yeni görünən aktyorun həm faciəsidir

Tamaşanın Ədaləti obrazının haqqından gəldi bütün emosional vəziyyətlərdə tamaşaçını inandıra bildi. Qənimətin hüzn dolu sevgi hisslərini ustalıqla, məsuliyyəti ilə təbii ifadəsi (tamaşaçı kimi mənə elə gəlirdi ki, Qənimət səhnədəki Fəridəni yox, başqa bir qadını sevir), Anjelin öz bədbəxtliyi fonunda fədakar mərdanə duruşu tamaşanın ümumi fabulasını tamamladı. Fədakar ana, qayğıkeş uşaq həkimi Gövhər səhnə işinin onun üçün müəyyən olunan konturlarından kənara çıxmadı.

Ümumi aktyor ansamblına gəlincə, məncə, rejissorun aktyor seçimində tərəddüdləri olmuşdu.

Musiqi tərtibatı, klassik estrada nümunələrimizə müraciət o dövrü təəssürat təsvirlərdə yaşayan orta yeni nəsli bəhs olunan mühitə çəkməyə çalışdı. Xüsusən Savalanın gitarada ifası 70-ci illər Bakısında gənclərin ümumi obrazına sürətli baxış idi...

Əsərin bundan əvvəlki səhnə ekran həllinə baxanlar yaxşı bilirlər ki, qəhrəmanlarımız hərəsi ayrı-ayrılıqda öz hissləri onların verdiyi əzabların təsirində çırpınırlar. Əsasən Fəridə. O, dostlarından, doğma hisslərindən, böyük arzularından, işıqlı xəyallarından qoparaq yalançı şöhrətpərəst Ədalətin buxovu altındadır. Sözsüz ki, onun bu əsirliyi həm könüllüdür. Axı o, Ədaləti sevir. Ona görə bütün həqiqət qapılarını üzünə bağlayaraq yalançı səadətini oynayır. Həm Qəniməti unutmur. Bütöv Azərbaycan, Savalan dağı, Cənubi Azərbaycan şüarlarını səhnədən gen-bol səpələyən Savalan da hər vəchlə ultramüasir açıq-saçıq Anjeldən qaçmağa çalışır. Amma hisslərinə uduzur. Beləcə, tamaşanın son pərdələrində bütün konflikt kulminasiyasına çatır.

Sonuncu səhnəyə keçiddə Fəridə çətir çamadanı ilə görünür. Evini tərk edir. Ümid arzularını yığıb saxladığı gündəliyini yandırır. Amma həm özünə son dəfəlik şans saxlayır. Keçmişin xatirəsi olan mücrü çamadanını yağışdan qorumaq üçün çətirin altında gizlədir. Yağış bütün kədərini yuyub aparmağa çalışdıqca o, xatirələrini, onu sevindirə-sevindirə əzab verən xatirələrini islanmağa, bilmək olar, bəlkə yağış sularında durulmağa qoymur...

 

Həmidə Nizamiqızı

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.7.