“Şuşada bitən
yuxu”
Şəhid baş leytenant haqqında kitab təqdim olunub
Oktyabrın 10-da Mədəniyyət Nazirliyinin
dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında 44 günlük
Vətən müharibəsinin
şəhid baş leytenantı Teymur Məcidzadənin anadan olmasının 31-ci ildönümünə
və haqqında yazılmış “Şuşada
bitən yuxu” kitabının təqdimatına
həsr olunmuş tədbir keçirildi.
Teatrın foyesində
müəllif Könül
Fazilqızı kitabı
imzalayaraq qonaqlara təqdim etdi. İştirakçılar Teymurun
döyüş yolunu
əks etdirən fotosərgi ilə tanış oldular.
Tədbirdə əvvəlcə Dövlət
Himni səsləndirildi
və şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək
bildirdi ki, nazirliyin fəaliyyətinin
əsas istiqamətlərindən
biri də milli-mənəvi dəyərlərimizin
cəmiyyətə, gənclərə
ötürülməsi, onların
milli ruhda yetişməsidir: “Xalqımız
son üç ildə tarixinin ən parlaq səhifəsini yaşayır.
Bu da Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında şanlı
Ordumuzun, Teymur Məcidzadənin timsalında
qəhrəman zabit və əsərlərimizin
2016, 2020 və sonda
2023-cü ilin sentyabrında
göstərdikləri böyük
şücaətin, fədakarlığın
nəticəsidir. Bütün
şəhidlərimizin əziz
xatirəsi daim qəlblərdə yaşayacaq,
şəhid ailələri,
qazilərimiz ən uca, ən müqəddəs
ünvan olacaq. Teymur Şuşa uğrunda gedən döyüşlərdə şəhid
olub. Şuşa bizim qədim mədəniyyət beşiklərimizdəndir.
Bu gün orada aparılan sürətli bərpa və quruculuq işlərinin məqsədi
mədəniyyətimizin, mənəviyyatımızın
qısa zamanda Şuşaya qaytarılmasıdır.
Bu quruculuq işlərini fəxarətlə
izləyərkən şəhid
və qazilərimizi dərin minnətdarlıq
hissi ilə yada salırıq”.
Kitab haqqında
söz açan nazir müavini bildirdi ki, şanlı
Zəfərimizin əldə
edilməsinin nə qədər çətinliklə
başa gəlməsini,
Vətən yolunda minlərlə igid oğulun qanının tökülməsini, gənc
nəslə təbliğ
etmək vacibdir: “Kitabın adı mistik bir məna
daşıyır – “Şuşada
bitən yuxu”. Bu gün Prezidentimizin
rəhbərliyi ilə
bütün regionda yeni reallıqlar yaşanmaqdadır. Şuşa
bu il “Türk
dünyasının mədəniyyət
paytaxtı”dır. Gələn il isə “İslam dünyasının mədəniyyət
paytaxtı” missiyasını
yerinə yetirəcək”.
Paytaxtın Nizami
rayonunun icra başçısı Coşqun
Cəbrayılov şəhid
ailələrinə diqqət
və qayğının
dövlət qurumlarının
fəaliyyətində ümdə
məsələlərdən biri olduğunu vurğuladı.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Milli Məclisin sədr müavini Adil Əliyev, millət vəkili Könül Nurullayeva çıxışlarında Teymur
Məcidzadənin Vətən
sevgisindən və qəhrəmanlığından söz açdılar.
Şəhidin anası Yasəmən Məcidzadə çıxış
edərək tədbirin
təşkilində əməyi
olan hər kəsə minnətdarlığını
bildirdi.
Sonra tədbir
bədii hissə ilə davam etdi.
Teymur Tehran
oğlu Məcidzadə
1992-ci il oktyabrın
10-da Füzuli rayonunun
Gecəgözlü kəndində
anadan olub. 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri
tərəfindən işğal
edilməsindən sonra
ailəsi Bakı şəhərinə köçür.
T.Məcidzadə 2010-2014-ci illərdə Azərbaycan
Dövlət İqtisad
Universitetində ali təhsil alır. Sərhəd Qoşunları
tərkibində əsgəri
xidmətini başa vurduqdan sonra, hərbi hissədə qalıb qulluq etməyi qarşısına
məqsəd qoyur, baş leytenant rütbəsinə qədər
yüksəlir.
T.Məcidzadə Vətən müharibəsində
Füzuli rayonundan Şuşayadək döyüşlərdə
qəhrəmanlıq göstərib.
2020-ci il noyabrın
9-da Vətən müharibəsinin
43-cü günündə, savaşın bitməsində
saatlar qalmış Şuşa ərazisində
şəhid olub, Fəxri xiyabanda torpağa tapşırılıb.
Ölümündən sonra
“Vətən uğrunda”,
Cəbrayıl, Füzuli
və Şuşanın
azad olunmasına görə, habelə “Hərbi xidmətlərə
görə” medalları
ilə təltif edilib.
Lalə Azəri
Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.3.