Naxışlarda motivlərin gözəlliyi

 

Bakıda Qazaxıstan Mərkəzi Dövlət Muzeyinin sərgisi

 

 

Oktyabrın 12-də Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikası Mərkəzi Dövlət MuzeyininNaxışlarda motivlərin gözəlliyiadlı sərgisi açılıb.

Türk dünyasının simvoluxalçamövzusunda II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstan Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunur. Ekspozisiyada qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı ənənələri əks etdirən xovlu xovsuz xalçalar, xalça keçə məmulatları, geyim zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar yer alıb. Bədii tarixi baxımdan yüksək dəyərə malik, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülükilem” – ənənəvi qazax xalçaları xalça məmulatları sərgidə xüsusi yer tutur.

Estetik baxımdan zövqlə işlənən, interyerə xüsusi ahəngdarlıq verən eksponatlar alaçıqda olduğu kimi yerləşdirilib. Ekspozisiyanı ziyarət edənlər qazax xalqına məxsus ənənəvi yaşayış yeri olan alaçığın ab-havasını duyurlar.

Azərbaycan Mədəniyyət Nazirliyi, Qazaxıstan Mədəniyyət İnformasiya Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin təşkilatçılığı, TÜRKSOY-un dəstəyi ilə keçirilən sərgi oktyabrın 18-dək davam edəcək.

 

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.1.