Şair Əli Tudənin 100 illiyinə həsr olunmuş tədbir keçirildi

 

Oktyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda tanınmış şair, Əməkdar incəsənət xadimi Əli Tudənin (1924-1996) qarşıdan gələn 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri AYB-nin Cənubi Azərbaycan şöbəsinin müdiri Sayman Aruz açaraq şairin həyat yaradıcılığı ilə bağlı çıxış etdi. Diqqətə çatdırdı ki, Əli Tudə Cənubi Azərbaycanın Ərdəbil bölgəsində dünyaya göz açıb. Ömrü boyu bütöv azad Azərbaycan eşqi ilə yaşayıb. Yaradıcılığı ilə xalqın çoxəsrlik birlik amalının alovunu sönməyə qoymayıb.

O daha sonra şairin oğlu Natiq Cavadzadənin nəşr etdirdiyiƏli Tudə – 100” kitabı barədə danışdı, nəşrin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, bu günlərdə işıq üzü görən kitabda məlumatlarYazıçılar, fikirlər, sənədlər”, “Həsr olunan şeirlər”, “Biblioqrafiya”, “Qəzet jurnallarda dərc olunan digər yazılaradlı dörd bölmə üzrə quraşdırılıb.

AYB-nin sədri Xalq yazıçısı Anar çıxış edərək Azərbaycan ədəbiyyatında Əli Tudəni özünəməxsus dəst-xətti ilə seçilən, həyatında xoşbəxtlik bədbəxtliyin bir-birini əvəz etdiyi şair kimi xarakterizə etdi. Bildirdi ki, şair tarixin gərdişi, taleyin hökmü ilə bu taydan o taya, o taydan bu taya köç edərək keşməkeşli ömür sürüb. O, ömür boyu azadlıq duyğuları, yurd həsrəti ilə yaşayıb-yaradıb. Gənclik illərindən həyatı qaçaqaç-qovhaqovda, qadağalarda keçib. Əsərlərinin ilham mənbəyi şifahi xalq ədəbiyyatı milli-mənəvi dəyərlər olub.

AYB-nin katibi Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli çıxışında Əli Tudə yaradıcılığının dərin mənalılığı zənginliyindən danışdı. Diqqətə çatdırdı ki, şairin şeirlərinin hər sətrində el sözü, hər beytində xalqın səsi var. Vətənin torpağından, daşından qəhrəmanlıq tarixindən qaynaqlanan yaradıcılığı atalar sözləri, xalq məsəlləri ilə zəngindir.

Daha sonra tanınmış şair, yazıçı Əlirza Xələfli, Əməkdar jurnalist  Rəhim Hüseynzadə başqaları çıxış edərək görkəmli şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışdılar. Qeyd etdilər ki, Əli Tudə ədəbiyyata lirik şair kimi gəlib. Mövzu dairəsi geniş rəngarəng olub. Yaradıcılığı oxucular tərəfindən maraqla qarşılanaraq xalqın sevimlisinə çevrilib.

Yubiley tədbirinin sonunda şairin oğlu Natiq Cavadzadə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, bütün iştirakçılara təşəkkür etdi.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.3.