“Liderin
ürəyi”
Mixail Qusmanın Heydər Əliyev haqqında filmi təqdim olunub
Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində Rusiyanın
TASS İnformasiya Agentliyinin
baş direktorunun birinci müavini, tanınmış jurnalist
Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin təqdimatı keçirilib.
Ekran əsəri Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
Mixail Qusman
filmin nümayişindən
əvvəl çıxışında
deyib: “Oktyabrın 10-u
xüsusi gündür.
Düz 30 il bundan əvvəl
1993-cü il oktyabrın
10-da Heydər Əliyev
müstəqil Azərbaycanın
Prezidenti kimi and içib. O, həmin vaxt ən ağır vəziyyətdə
olan ölkəni faktiki olaraq xilas edib”.
Mixail Qusman
filmin adı barədə də danışıb: “Ekran əsəri “Liderin ürəyi” adlandırılıb,
çünki Heydər
Əliyev bütün
həyatı boyu ürəyini qorumadan işləyib, özünü
bütövlükdə doğma
xalqına həsr edib...”.
“Heydər Əliyevin
böyük arzusu idi ki, Azərbaycan
torpaqlarını işğaldan
azad etsin və bayrağı azad edilmiş Şuşada, bütün
Qarabağda dalğalansın.
2020-ci il noyabrın
8-də Azərbaycan bayrağı
Şuşada, bu il sentyabrın 20-də isə bütün Qarabağda ucaldılıb”,
– deyə o bildirib.
Sonra “Liderin ürəyi” sənədli film nümayiş
olunub.
Film Heydər Əliyevin xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı və
ölkəyə rəhbərlik
etdiyi dövrü əhatə edir. Ekran əsərində belə bir qayıdışın
dünya tarixində
ilk dəfə baş
verdiyi vurğulanır.
Heydər
Əliyev dünya siyasətində dərin iz qoyub. “Liderin
ürəyi” sənədli
filmi Mixail Qusmanın müxtəlif vaxtlarda Bill
Klinton, Corc Buş, Jak Şirak, Madlen Olbrayt, Toni Bleyer, Zbiqnev Bjezinski və digər dünya liderləri ilə Heydər Əliyev haqqında apardığı söhbətləri
də ehtiva edir. Məhz onun dövründə Azərbaycan strateji tərəfdaşlarının sayını genişləndirərək
beynəlxalq arenada öz mövqeyini möhkəmləndirib. ATƏT və BMT kimi təşkilatlarda ölkənin
diplomatiyası fəallaşıb.
Uzaqgörən siyasətçi
Heydər Əliyev Azərbaycana böyük xarici investisiyalar cəlb edib ki, bu da “Əsrin müqaviləsi”nin imzalanmasına gətirib çıxarıb.
Filmin nümayişinin sonunda Mixail Qusman ekran
əsərinin ərsəyə
gəlməsində göstərdiyi
dəstəyə görə
Heydər Əliyev Fonduna, eləcə də arxiv materiallarının
əldə edilməsindəki
dəstəyə görə
AzTV-yə, Azərbaycan
Dövlət İnformasiya
Agentliyinə (AZƏRTAC) təşəkkürünü
bildirib.
Sonra Xalq
artisti, vokalçı
Elçin Əzizov Xalq artisti, bəstəkar
Polad Bülbüloğlunun
fortepianoda müşayiəti
ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş “Rekviyem” mahnısını
ifa edib. Qeyd edək ki, Polad Bülbüloğlu
“Liderin ürəyi” filmi üçün şair Yuri Ryaşentsevin şeirlərinə
mahnı bəstələyib.
Polad Bülbüloğlu
çıxış edərək
deyib: “Ümummilli lider Heydər Əliyevin 100 illiyi Azərbaycanda və eləcə də digər ölkələrdə
qeyd edilir. Bu onu göstərir
ki, Heydər Əliyev bu gün də öz xalqını tanıdır”.
Qeyd edək
ki, filmdə Heydər Əliyevin Mixail Qusmana verdiyi eksklüziv müsahibələri, siyasi
fəaliyyəti ilə
bağlı nadir arxiv kadrları yer alıb. Çəkilişlər Moskvada,
Bakıda və Naxçıvanda aparılıb.
Azərbaycan, rus və ingilis dillərində hazırlanan sənədli filmin rejissoru Valeri Spirin, ssenari müəllifi Marina Deniseviçdir.
Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.5.