Türkmənistanla mədəni əlaqələr müzakirə
olunub
Qarşılıqlı mədəniyyət günləri və bu istiqamətdə layihələrin əhəmiyyəti
vurğulanıb
Oktyabrın 12-də Mədəniyyət Nazirliyində
Türkmənistanın mədəniyyət
naziri Atageldi Şamıradovun rəhbərlik
etdiyi nümayəndə
heyəti ilə görüş keçirilib.
Qeyd edək
ki, Türkmənistan nümayəndə heyəti
13-14 oktyabr tarixlərində
“Türk dünyasının
mədəniyyət paytaxtı”
Şuşa şəhərində
Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət
Forumunda iştirak etmək məqsədilə
ölkəmizə gəlib.
Forum Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi,
TÜRKSOY və Beynəlxalq
Türk Akademiyasının
birgə təşkilatçılığı
ilə gerçəkləşəcək.
Qonaqları salamlayan
nazir Adil Kərimli Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin
yüksək səviyyədə
olduğunu bildirib. Qeyd edib ki,
iki ölkənin rəhbərləri arasında
səmimi dostluq münasibətləri qardaş
respublikalarımızın əlaqələrini tərəfdaşlıq
səviyyəsinə yüksəldib.
Bu da öz
növbəsində, digər
sahələrdə olduğu
kimi, mədəniyyət
sahəsində də
münasibətlərin inkişafına
mühüm zəmin yaradıb. Eyni zamanda xalqlarımızı
dərin milli köklər, qədim və zəngin mədəni yaxınlıq
biri-birinə bağlayır.
Mədəniyyət sahəsində
əməkdaşlığın daha da dərinləşdirilməsi
üçün qarşılıqlı
mədəniyyət günlərinin
təşkili və bu istiqamətdə müxtəlif layihələrin
həyata keçirilməsinin
əhəmiyyəti vurğulanıb.
Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov səmimi qəbula, qonaqpərvərliyə, eləcə
də Türk dünyasının birliyinə,
mədəniyyətlərimizin qarşılıqlı tanınmasına,
təbliğinə xidmət
edən tədbirlərin
yüksək səviyyədə
təşkilinə görə
Azərbaycan tərəfinə
təşəkkürünü bildirib.
Türkmən nazir mədəniyyət sahəsində əlaqələrin
inkişafı üçün
geniş imkanların olduğunu, gələn ilin aprel ayında
Bakı və Gəncə şəhərlərində
Türkmənistan mədəniyyəti
günlərinin keçirilməsinin
planlaşdırıldığını
deyib. O, IV “Korkut Ata” Türk Dünyası Film Festivalının
Türkmənistanın Anev
şəhərində keçirilməsi
qərarının böyük
məmnunluq doğurduğunu
da vurğulayıb.
Nazir Adil
Kərimli sabah Şuşada işə başlayacaq I Türk Dünyası Mədəniyyət
Forumunun xalqlarımızın
qədim tarixi-mədəni
irsinin qarşılıqlı
təbliği və gələcək nəsillərə
ötürülməsi baxımından
əhəmiyyətini qeyd
edib.
Görüşdə qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.2.