Türk dünyasının muzey mütəxəssisləri Azərbaycanda bir araya gəliblər

 

BakıdaTürk dünyasının simvoluxalçaadlı beynəlxalq konfrans keçirilib

 

 

11-14 oktyabr tarixlərində Bakı Şuşa şəhərlərində II Türk Dünyası Muzeyləri Görüşü keçirilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirin məqsədi muzey sahəsində baş verən yeniliklərlə tanış olmaq, təcrübə bilik mübadiləsi aparmaq, yeni layihələri müzakirə etməkdir.

Türk Dünyası Muzeyləri Görüşü ilk dəfə 2022-ci ildə Türkiyənin Bursa şəhərində təşkil olunub.

Oktyabrın 11-12-də Azərbaycan Milli Xalça Muzeyində II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsindəTürk dünyasının simvoluxalçaadlı beynəlxalq konfrans keçirildi.

Açılışda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova öncə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı bütün Türk dünyasını qürurlandıran Zəfərin qarşıdan gələn 3-cü ildönümü münasibətilə konfrans iştirakçılarına təbriklərini çatdırdı.

Bildirdi ki, bu il Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu il həm TÜRKSOY-un yaradılmasının 30 illiyidir. Əlamətdar yubiley münasibətilə təşkilat tərəfindən müxtəlif tədbir layihələr həyata keçirilir. Belə önəmli layihələrdən biri II Türk Dünyası Muzeyləri Görüşüdür.

Nazir müavini konfransda müzakirə olunacaq mövzuların aktuallıq kəsb etdiyini dedi.

Qeyd etdi ki, türk xalqlarının yaşam tərzi firavanlıq simvolu olan xalça insanlığın ən qədim ixtiralarından biri olmaqla yanaşı, həm incəsənətin mühüm, universal növlərindəndir: “Azərbaycan dövləti xalqımızın milli kimliyini, həyat tərzini, onun inkişaf mərhələlərini, dünyagörüşünü, fəlsəfəsini özündə əks etdirən mədəni irsimizin qorunması təbliğini diqqətdə saxlayır. Prezident İlham Əliyev Birinci vitse-prezident, Heydər Əliyev Fonunun rəhbəri Mehriban Əliyeva  tərəfindən Azərbaycan mədəniyyətinə xüsusi diqqət göstərilir. Bugünkü tədbirin keçirildiyi məkanAzərbaycan Milli Xalça Muzeyi bu həssas yanaşmanın nümunəsidir”.

Bildirildi ki, konfransın əsas məqsədi türk xalqlarının milli mədəni, tarixi irsinin qorunub saxlanılması, araşdırılması dünyada təbliğidir. Eyni zamanda bu tədbir Türk dünyasında mədəni sərvətlərin mühafizə olunduğu təqdim edildiyi muzeylərin fəaliyyət istiqamətlərində baş verən önəmli dəyişikliklərlə, yeniliklərlə tanış olmaq, bilik təcrübə mübadiləsi aparmaq, yeni layihələri müzakirə etmək baxımından xüsusi əhəmiyyət daşıyır: “Hesab edirəm ki, iki gün davam edəcək yüksək elmi-təcrübi əhəmiyyətə malik konfrans Türk dünyasının muzey mütəxəssislərinin mədəni əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcək. Ümumtürk tarixi-mədəni irsinin qorunması gələcək nəsillərə ötürülməsi, dünyada tanıdılması işində hamınıza uğurlar arzulayıram”.

TÜRKSOY Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlü qeyd etdi ki, tədbirin təşkilatın 30 illik yubileyi ilində keçirilməsi çox önəmlidir. Konfrans Bakıdan sonra işini Şuşa şəhərində davam etdirəcək.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Özbəkistanın Mədəni İrsin Öyrənilməsi, Mühafizəsi Təbliği üzrə Ümumdünya Cəmiyyəti idarə heyətinin sədri Firdavs Abdulxaliqov, Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan çıxış edərək konfransın işinə uğurlar arzuladılar.

Xalça dünya mədəni irsi kimi

Çıxışlardan sonra beynəlxalq konfrans işini sessiyalarla davam etdirdi.

Qeyd edək ki, konfransa məruzəçi kimi Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan Qaqauz Yerindən (Moldova) 30-dan çox mütəxəssis qatılıb.

Dünya mədəni irsixalçamövzusunda birinci sessiya TÜRKSOY Muzeylər Birliyinin baş koordinatoru Cavid Mövsümlünün moderatorluğu ilə gerçəkləşdi.

Azərxalça” ASC idarə heyətinin üzvü, istehsalat direktoru Əlisəfa NuriyevinXalçaçılıq ənənələrinin gələcəyə hədəflənmiş dirçəlişi”, “Qədim Qubaözəl xalça müəssisəsinin direktoru Humay MəmmədovaKeçmişdə indi Quba xalçaçılığı”, Almatı Şəhər Muzeyləri Assosiasiyasının direktoru Lezet Saqındıkovanın (Qazaxıstan) “Xalçaçılıq milli mədəniyyətin mühüm hissəsi kimi. Ənənəvi məişətdə onun yeri Özbəkistan MEA K.Behzad adına Milli İncəsənət Dizayn İnstitutunun professoru Elmira GülünTürk xalqlarının xalçalarında etno-mədəni markerlərin ortaq cəhətləriadlı məruzələri dinlənildi.

Həmçinin Ankara Etnoqrafiya Muzeyinin direktoru Ali Haydar Atalar, Qazaxıstan Tarix-Diyarşünaslıq Muzeyinin mühafizi Gülzadə Bakıtova, Qırğızıstan Dövlət Universitetinin professoru Sinaru Alimkulova, Qırğızıstan Milli Tarix Muzeyinin elmi katibi Rabagül Maqomedova çıxış etdilər. Çıxışlarda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası onların ümumi kökləri, türkdilli xalqların ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər bu sahədə yaşanan problemlər, xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, qarşılıqlı təsiri onların zənginləşdirməsi, naxışın xüsusi bədii dili s. məsələlər barədə fikirlər səsləndirildi, videoslaydlar nümayiş olundu.

***

Günün ikinci yarısındaXalçanın dilidamğalaradlı sessiya keçirildi. Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova, Özbəkistandan olan nümayəndə Şaxlo Abdullayeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Məmmədhüseyn Hüseynov Sabiha Tansuğ Etnoqrafiya Muzeyinin (Türkiyə) əməkdaşı Nisa Baranın məruzələri dinlənildi.

Konfrans çərçivəsində oktyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyi ilə Özbəkistan Dövlət Tarix Muzeyi Ankara Etnoqrafiya Muzeyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.

***

Oktyabrın 12-də konfrans işini Milli Xalça Muzeyində davam etdirdi. “Muzeylərdə xalçaların saxlanması, konservasiyası sərgilənməsi metodlarımövzusunda sessiyada Qazaxıstan, Özbəkistan, Türkiyə, Qaqauz Yeri (Moldova) Türkmənistanın muzey direktorlarının məruzələri dinlənildi.

Qeyd edək ki, konfrans iştirakçıları 13-14 oktyabrda Şuşa şəhərində I Türk Dünyası Mədəniyyət Forumunda iştirak edəcək, TÜRKSOY Muzeylər Birliyinin toplantısına qatılacaq Şuşa şəhərində muzey tarixi məkanlarla tanış olacaqlar.

 

Lalə Azər

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.1;2.