TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri Şuşada

 

 

2023-cü ildəTürk dünyasının mədəniyyət paytaxtıŞuşa 13-14 oktyabr tarixlərində bu statusda növbəti mötəbər tədbirlərə ev sahibliyi edir.

Oktyabrın 13-də Şuşada I Türk Dünyası Mədəniyyət Forumu işə başlayır. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş forum Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir. Tədbir TÜRKSOY-a üzv ölkələrin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) mədəniyyət nazirləri, mədəniyyət  sahəsi üzrə ekspertlər digər qonaqları bir araya gətirəcək.

Şuşada həmçinin TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclası da keçiriləcək. Toplantıda ənənəvi olaraq TÜRKSOY-un gördüyü işlər müzakirə ediləcək, 2024-cü il üçün planlar açıqlanacaq, qərarlar qəbul ediləcək. “Türk dünyasının mədəniyyət paytaxtıestafeti Şuşa şəhərindən Türkmənistanın Anev şəhərinə keçəcək.

 

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.1.