Mədəniyyətimizin böyük hamisi

 

 İllərin xronikasından  

 

 

Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərindəsovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamlarıHeydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1997-ci il 20 mart

Prezident Heydər Əliyev şəhid övladları kimsəsiz uşaqlar üçünGülüstanSarayında təşkil edilmiş Novruz şənliyində nitq söyləyib.

“...Novruz bizim ən qədim milli bayramımızdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Bu eyni zamanda, hər bir şəxsin qəlbinin bayramıdır, hər bir ailənin bayramıdır... Novruz bayramı həmişə xalqımızı birləşdirən, bir yerə yığan, insanları bir-biri ilə barışdıran bayram olubdur... Beləliklə, bu bayram xalqımızın milli birlik, milli həmrəylik bayramıdır.

Xalqımızın daha bir gözəl ənənəsi vardırbu bayramı qeyd edərkən insanlar öz əcdadlarını, valideynlərini, qohum-əqrəbalarını yad edirlər. Biz bu gün bu bayramı belə şən əhval-ruhiyyədə qeyd edərkən dünyasını dəyişmiş əzizlərimizi, Vətən, torpaq yolunda canlarını qurban vermiş şəhidlərimizi xatırlayırıq... Bu gün siz gözəl mahnılar oxuyursunuz, rəqslər edirsiniz. Sizə baxanda mən iftixar hissi keçirirəm... İnanıram ki, Azərbaycanın bu gün yetişən gənc nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil Azərbaycanda yaşayırsınız...”.

1997-ci il 21 mart

Bakının Gənclər meydanında (Qoşa qala qapısı önündə) keçirilən Novruz bayramı şənliklərində çıxış edib.

“...Bu gün biz Azərbaycanın paytaxtında, Bakının bu gözəl guşəsində Novruz bayramı şənliklərinə toplaşmışıq. Amma şən günümüzdə biz son illər xalqımıza, ölkəmizə vurulan yaraları da unutmuruq. İşğal edilmiş torpaqlardan bir milyon soydaşımız didərgin düşübdür, ağır vəziyyətdə çadırlarda yaşayırlar... Bu gün o çadır şəhərciklərində Novruz bayramı qeyd olunur... Mən əminəm, inanıram ki, biz bütün bu ağır günləri ötüb keçəcəyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Azərbaycan öz sərhədləri çərçivəsində bütöv, vahid Azərbaycan kimi yaşayacaq, inkişaf edəcəkdir...”.

1997-ci il 23 mart

Rusiyanın Xalq artisti Gennadi Xazanovun konsertinə tamaşa etdikdən sonra onunla görüşüb söhbət edib.

1997-ci il 27 mart

Bakıda doğulmuş məşhur musiqiçi Mstislav Rostropoviçə 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib. “Ədəbiyyat mədəniyyət sahələrində bəşəriyyətə bir çox dühalar bəxş etmiş qədim Azərbaycan torpağı ləyaqətli oğlu kimi Sizinlə haqlı olaraq fəxr edir”, – deyə məktubda vurğulanırdı.

Mstislav Rostropoviçin 70 illik yubileyində iştirak etmək üçün Fransaya səfər edib. Parisdə Rostropoviçin təntənəli yubiley gecəsində iştirak edib.

1997-ci il 1 aprel

Azərbaycanda Rusiya Federasiyasının mədəniyyət günləri çərçivəsində R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində Dövlət Tretyakov Qalereyasının kolleksiyasından ibarət sərginin açılışında çıxış edib.

Respublika Sarayında Rusiya mədəniyyəti günlərinin açılış mərasimində iştirak edib.

1997-ci il 5 aprelRusiya Federasiyasının mədəniyyət günlərində Vaxtanqov adına Moskva Akademik Teatrının Azərbaycan Dövlət Rus Dram Teatrında D.KiltininƏziz yalançıtamaşasına baxıb. Tamaşadan sonra moskvalı qonaqlarla söhbət edib.

“...25 il əvvəl Azərbaycanda ilk dəfə geniş miqyasda Rusiya mədəniyyəti günləri keçirildi çox yaddaqalan tədbir oldu. Sonrakı illərdə teatrların, konsert qruplarının, ayrı-ayrı kollektivlərin Azərbaycanda vaxtaşırı qastrolları olmuş, kino festivalları keçirilmişdir. Amma 1989-1990-cı illərdən başlayaraq əlaqələrimiz zəiflədi. Son iki-üç ildə biz bu əlaqələri bərpa etməyə, canlandırmağa itirilmiş varsa, onların yerini doldurmağa çalışırıq... Bu da sübut edir ki, əlaqələrimizi kəsmək olmaz. Rus Azərbaycan xalqları arasında uzun illərdən, onilliklərdən əsrlərdən bəri adamlarda yaranmış dostluq hörmət hisslərini məhv etmək olmaz...”.

1997-ci il 6 aprel

Rusiya Federasiyasının mədəniyyət günlərinin bağlanış mərasimindən sonra rusiyalı artistlərlə söhbət edib. “GülüstanSarayında mədəniyyət günləri iştirakçılarının şərəfinə təşkil olunmuş qəbulda çıxış edib.

1997-ci il 13 aprel

Respublika Sarayında Türkiyənin tanınmış müğənnisi Ebru Gündəşin konsertindən sonra ailəsi ilə birlikdə onunla söhbət edib.

1997-ci il 15 aprel

Bakı İncəsənət Mərkəzində heykəltaraş, Xalq rəssamı Ömər Eldarovun görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsinə həsr etdiyiElegiyaəsərininmərmər abidənin təqdimat mərasimində çıxış edib.

“...Ola bilər, mənim fikirlərim subyektiv olsun. Ancaq mən həmişə düşündüyümü demişəm. Ömər Eldarovun yaratdığı heykəl, həqiqətən, gözəl bir əsərdir. Mən Ömər Eldarovu çox illərdir ki, yaxından tanıyıram. On, iyirmi il bundan əvvəl onu Azərbaycan incəsənətinin ən görkəmli simalarından biri hesab etmişəm...

Bu gün biz böyük iftixar hissi ilə deyə bilərik ki, ölkəmizin muzeylərində, şəhərlərində, o cümlədən, xüsusən Bakıda meydanlarda, parklarda çox dəyərli heykəltaraşlıq əsərləri qoyulmuşdur. Bunlar bizim mədəniyyətimizə, incəsənətimizə böyük yenilik gətirmişdir. Fuad Əbdürrəhmanov gözəl əsərlər yaradıbdır. Cəlal Qaryağdı, Tokay Məmmədov başqaları da həmçinin. Bu görkəmli Azərbaycan heykəltaraşları içərisində Ömər Eldarov xüsusi yer tuturhəm yaratdığı əsərlərin bədiiliyinə, yüksək təsirliliyinə, gözəlliyinə görə, eyni zamanda, öz sənəti sahəsində çox məhsuldar işinə görə...”.

 

Hazırladı: V.Orxan

(davamı var)

Mədəniyyət.- 2023.- 13 oktyabr.- S.5.