“Qalib
ordu – Azad şəhər”
Füzuli Rayon
Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı
ilə “Qalib ordu – Azad şəhər”
adlı tədbir-sərgi
keçirilib.
Sərgidə muzeyin əsas fondunda yer alan
Füzulinin işğaldan
əvvəlki görüntülərini
əks etdirən fotolar, işğaldan azad edilmiş ərazilərimizdən tapılan
maddi-mədəniyyət nümunələri,
eyni zamanda Füzulinin azadlığı
uğrunda canlarından
keçən şəhidlərimizin
şəxsi əşyaları,
sənədləri və
fotoları nümayiş
olunub.
Məlumat verilib
ki, Füzuli rayonu şəhidlərinə
məxsus olan 493 ədəd əşya muzeyin əsas fonduna daxil edilib.
Bu əşyalar hər ilin əlamətdar
günlərində sərgi
şəklində ziyarətçilərə
nümayiş etdirilir.
Növbəti il üçün isə Vətən müharibəsi
şəhidlərinə məxsus
daha 82 ədəd əşyanın qəbulu
və yeni əşyaların toplanması
nəzərdə tutulur.
Vətən uğrunda canlarını fəda edən şəhidlərimiz öz qəhrəmanlıqları ilə gələcək nəsillərə örnək olmaqla əbədi yaddaşlara həkk olunub və onların xatirəsi hər zaman anılır.
Mədəniyyət.-
2023.- 18 oktyabr.- S.4.