Gəncə Dövlət Dram Teatrı
İstanbulda festivalda iştirak edib
Gəncə Dövlət Dram Teatrı
Mədəniyyət Nazirliyinin
dəstəyi ilə İstanbulda V Maltəpə
Beynəlxalq Teatr Festivalında iştirak edib. Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı ilə Maltəpə Bələdiyyəsinin dəstəyi
ilə gerçəkləşən
festivalda rejissor Tural Mustafayevin quruluşunda E.İoneskonun
“Kral ölür” tamaşası nümayiş
olunub.
Tamaşada əsas rolları
əməkdar artistlər
Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova və aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov ifa ediblər.
Kral Beranje rolunu oynayan Elxan Abbasov
festivalın yekununda “Ən yaxşı kişi aktyoru” nominasiyasında mükafata
layiq görülüb.
Onu da qeyd edək ki, teatrın direktoru Aqil Bəhramlı festivalın
münsiflər heyətində
yer alıb.
Festival zamanı Avrasiya Teatrlar Birliyinin toplantısı da keçirilib.
Toplantıda qurumun Azərbaycan üzrə təmsilçisi, teatrın
aktyoru Yusif Cəfərov da iştirak
edib.
Festivalda
ölkəmizlə yanaşı
Türkiyə, Şimali
Kipr, Gürcüstan, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Portuqaliya
– ümumilikdə 20-dək ölkə təmsil olunub.
Mədəniyyət.-
2023.- 18 oktyabr.- S.5.