“Sabaha
qalmayan qisas”
İstiqlal Muzeyində sərgi
Azərbaycan İstiqlal Muzeyində 44 günlük Vətən müharibəsi şəhidlərinin
əziz xatirəsinə
həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq
üçün” adlı
layihə çərçivəsində
“Sabaha qalmayan qisas” adlı tədbir-sərgi keçirilib.
Qeyd edək
ki, ölkə başçısının Zəfər
muzeyinin və Memorial kompleksin yaradılması barədə
imzaladığı sərəncamın
icrası ilə bağlı Mədəniyyət
Nazirliyinin müvafiq əmrinə əsasən,
2021-ci ildən Azərbaycan
İstiqlal Muzeyi tərəfindən şəhid
ailələri ilə
görüş keçirilir
və şəhidlərin
şəxsi əşyaları
Zəfər muzeyi üçün toplanılır.
Bu qəbildən
növbəti tədbirdə
şəhid mayor Rəşad Budaqovun, şəhid əsgər Səbuhi Əsədovun, şəhid leytenant Elzar Yusubovun, şəhid gizir Orxan Cabbarovun, şəhid əsgər Qardaşxan Əhmədlinin
və şəhid çavuş Taleh Namazovun ailə üzvləri iştirak ediblər.
İstiqlal Muzeyinin
direktoru Sədi Mirseyibli layihə barədə məlumat verib. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü
və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalanların
xatirəsini yaşatmaq,
onların qəhrəmanlığını
gələcək nəsillərə
nümunə göstərmək
hər birimizin borcudur.
Sonra muzeyin fondlarında qorunub saxlanılan Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, fotoşəkillər, sənədlər və müxtəlif hərbi geyimlərinə baxış olub.
Mədəniyyət.-
2023.- 18 oktyabr.- S.6.