Qızılı payızın havasında pərvazlanan caz melodiyaları
Mədəniyyət Nazirliyinin dəstəyi və “Paşa Holdinq”in baş sponsorluğu ilə 6-15 oktyabr tarixlərində gerçəkləşən XVIII Bakı Beynəlxalq Caz Festivalı da sənət tarixinə qovuşdu. 10 gün ərzində paytaxt sakinləri və şəhərimizin
qonaqları dünyanın
müxtəlif şəhərlərindən
ölkəmizə təşrif
buyuran tanınmış
ifaçıları dinləmək
imkanı qazandılar.
Festival gündəliyində
maraqlı konsertlərdən
biri də oktyabrın 11-də Beynəlxalq
Muğam Mərkəzində
(BMM) “Qremmi” mükafatı
laureatı, isveçrəli
ifaçı və bəstəkar Qreqori Maret və Kolumbiya
əsilli caz arfa virtuozu Edmar
Castanedanın çıxışı
idi.
Maret son
on ildə müasir caz dünyasının geniş
spektrində unikal yeni səsə çevrilib. Seçdiyi alətin-harmonikanın bu janrda nisbi nadir
olması onun qeyri-adi səsinin elementlərindən biridir.
Edmar Kastaneda caz ənənəsini müxtəlif üslub və janrlarla mükəmməl birləşdirən
parlaqlığı nümayiş
etdirir və diqqəti caz üçün nisbətən
yad sayılan alətə yönəldir.
Kastaneda arfanın cazdakı yerini Stinq, Bela Flek,
Con Skofild, Rikki Li Cons, İvan Lins kimi tanınmış dünya ulduzları əməkdaşlıq vasitəsilə
möhkəmləndirib.
BMM-də festivalın
daha bir maraqlı konserti amerikalı caz və rep ifaçısı
Theo Crokerin çıxışı oldu.
Onu klavişli alətlərdə Mike
King, elektrogitarada Eric Ueller, zərb alətlərində Shekvaga
Ode müşayiət
edirdi.
Bakı Caz
Festivalı çərçivəsində
daha bir konsert oktyabrın 14-də
Heydər Əliyev Mərkəzində keçirilib.
Braziliyalı musiqiçi Mario Bakunanın konsertindən əvvəl Azərbaycanın
Əməkdar rəssamı
Eldar Qurbanovun “Cazın ağ quşları” sərgisi nümayiş olunub.
Sərgi ilə
tanışlıqdan sonra
braziliyalı musiqiçi
Mario Bakunanın “Braziliya mənzərələri”
adlanan konserti təqdim edilib. Məşhur caz ifaçısı eyniadlı
albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda
olub. “Braziliya mənzərələri” albomu
məşhur braziliyalı
bəstəkarların əsərlərinin
yeni aranjimanının
təqdimatı ilə
fərqlənir. Onu da qeyd edək
ki, braziliyalı bəstəkar, aranjimançı,
müğənni və
gitara ifaçısı
Mario Bakuna Londonda yaşayır və 20 ildir dünya səhnələrində
çıxış edir.
Beləliklə, XVIII Bakı Beynəlxalq Caz Festivalı növbəti dəfə bu musiqinin peşəkar
və pərəstişkarlarına
əsl caz-karnaval bəxş etmiş oldu.
Lalə
Mədəniyyət.-
2023.- 18 oktyabr.- S.3.