Bakıda Şimali Kiprin mədəniyyət və tanıtım günləri təşkil
edilib
ŞKTC Prezidenti Ersin Tatar bu münasibətlə
ölkəmizə səfər
edib
Xəbər verildiyi kimi, Şimali Kipr Türk Cümhuriyyətinin
(ŞKTC) Prezidenti Ersin
Tatar oktyabrın 12-dən
16-dək Azərbaycanda olub.
Bu, Şimali Kipr rəhbərinin ölkəmizə ilk səfəridir.
Ersin Tatarın
səfəri əsnasında
13-14 oktyabr tarixlərində
Bakıda Şimali Kiprin mədəniyyət və tanıtım günləri təşkil
edilib.
ŞKTC Prezidenti bir
sıra görüşlər
keçirib, tədbirlərə
qatılıb.
Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev ŞKTC rəhbərini qəbul edib. Görüşdə
Azərbaycanla Şimali
Kipr arasında əməkdaşlıq məsələləri
müzakirə olunub.
Oktyabrın 13-də Prezident Ersin Tatarın iştirakı ilə Bakıda Şimali Kiprin mədəniyyət və
tanıtım günlərinin
açılışı olub. Mərasimə Türkiyənin Bakıdakı
səfiri Cahit Bağcı, Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Ufuk Arca Turganer və digər rəsmilər qatılıb.
Ersin Tatar
çıxış edərək
Kipr türk xalqının böyük
türk millətinin ayrılmaz bir parçası olduğunu
vurğulayıb. O, Azərbaycana
səfərinin ölkəsinin
gələcəyi üçün
faydalı olacağına
inandığını bildirib:
“Biz taleyi bir, keçmişi bir, qəlbi bir olan eyni
millətin övladlarıyıq.
Adət-ənənələrimiz, mədəniyyətlərimiz, milli
dəyərlərimiz birdir.
Azərbaycanı hər
zaman ana vətənimiz Türkiyə
Cümhuriyyətinin yanında
qəbul etmişik”.
Ersin Tatar
ölkələrimiz arasında
əlaqələrdə yeni
bir mərhələnin
başlanmasına görə
Azərbaycan rəhbərliyinə
təşəkkürünü bildirib, mədəniyyət
və tanıtım günlərinin bu əlaqələrin daha da möhkəmlənməsinə
xidmət edəcəyini
deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı
Azərbaycan torpaqları
azadlığa qovuşub.
Azərbaycan dövlətinə
və xalqına bundan sonra sülh,
əmin-amanlıq və
gözəl həyat arzu edirəm. Bizlər bir-birimizin gözünə baxarkən
ürəyimizdən keçənləri
oxuyuruq. Can Azərbaycanla əlaqələrimiz
mədəni, ticarət,
təhsil və başqa sahələrdə
daha da inkişaf
edəcək. Biz böyük Türk dünyasının övladlarıyıq.
Türk dünyasının
bir-birinə daha da yaxınlaşması, qardaşlıq bağlarının
möhkəmlənməsi üçün
yeni böyük addımlar atılacaq”.
Sonra Şimali
Kiprin təhsil, turizm, inşaat, hotelçilik və digər sahələrini əhatə edən stendlərə baxış
keçirilib. Şimali
Kiprin İskele Bələdiyyəsi xalq oyunları qrupunun maraqlı rəqs nömrələri tədbirə
rəng qatıb.
Oktyabrın 14-də Bakıda Şimali Kiprin mədəniyyət və tanıtım günləri çərçivəsində
fotosərgi və Kipr türk geyimləri sərgisi təşkil olunub. Tədbirdə ŞKTC Prezidenti
Ersin Tatar iştirak edib. Qeyd olunub ki,
nümayiş olunan fotolar müxtəlif dövrlərdə Şimali
Kiprdəki həyatı
əks etdirir. Sərgidə rəsm əsərləri, Şimali
Kiprə məxsus geyimlər nümayiş etdirilib, milli rəqslər ifa olunub.
Oktyabrın 15-də Ersin Tatar rəhbərlik
etdiyi nümayəndə
heyəti ilə İçərişəhərdə olub. Qonaqlara 2000-ci ildən UNESCO-nun Dünya İrs Siyahısında yer alan “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu, burada aparılan abadlaşdırma
və bərpa işləri barədə
məlumat verilib. Ersin Tatar gəzinti
zamanı sakinlərlə
söhbət edib.
Lalə
Mədəniyyət.- 2023.- 18 oktyabr.- S.8.