Qardaş xalqlar incəsənətinin təntənəsi

              

   Bəşər tarixində qədim-qayım yeri olan, dünya xəritəsində əhəmiyyətli bir coğrafiyanı əhatə edən böyük türk ulusu çağdaş zamandakı rolunu mövqeyini yenidən daha geniş şəkildə isbat edir. İstər siyasi, istər iqtisadi, istərsə mədəni köklər baxımından bəşər övladının istinad etdiyi nöqtələrdə türklərin, türkçülüyün səsi, sözü, izi görünür.

Bu xüsusda türk xalqlarının zəngin mədəni irsi incəsənəti , əsrlər öncə olduğu kimi, yenə dünya mədəniyyəti palitrasına parlaq rənglər bəxş edir. Bu mədəni zənginliyin yaşadılması, bütün dünyaya eyni zamanda qardaş xalqlar olaraq özümüzə daha yaxından geniş şəkildə təbliği, tanıdılması missiyasını yerinə yetirən TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı bu il 30 yaşını bayram edir. Əlamətdar yubiley təşkilata üzv dövlətlərdə silsilə tədbirlər, möhtəşəm konsert proqramları ilə qeyd olunur.

Türk mədəniyyətinin təntənəsi olan belə möhtəşəm mərasimlərdən biri oktyabrın 15-də Bakıda, özü Azərbaycan xalqının tarixində bundan sonra əbədi qalacaq bir gündə gerçəkləşdi.

Həmin gün xalqımız üçün, dövlətimiz üçün tarixi gün idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin davamı olaraq cənnət Qarabağımızın şah şəhəriXankəndidə üçrəngli bayrağımızı ucaltdı, doğma xalqa müraciət etdi.

Hamılıqla bu böyük günün qürurunu bir Heydər Əliyev Mərkəzində – Türk dünyasını bir araya gətirib, onun zəngin mədəniyyəti dəyərlərinin qoruyucusu təbliğçisi olan TÜRKSOY-un yubiley konsertində yaşadıq.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə TÜRKSOY-un 30 illiyinə həsr olunmuş “Biz birlikdəyikadlı qala-konsert bu böyük günün bəşəri musiqi ladlarında ifadəsi kimi ayrı bir əzəmətdə idi.

Bədii proqramdan öncə təşkilatın keçdiyi zəngin yolun qısa videoçarxını izlədik. 30 ildə keçilən yol, gerçəkləşən layihələr, sənət tədbirləri, birliyimizin, bərabərlik tarixi bağlılığımızın göstəricisi olan işlərin qısa xronikası bu illərin heç əbəs olmadığının sübutu idi.

1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında sazişin imzalanması ilə əslində, tarix üçün, Türk dünyası üçün böyük yolun təməli, sağlam bünövrəsi qoyulub. 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanan qurumun katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir. Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtılayihəsi bu il ikinci dəfə Azərbaycanda, Şuşada reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. Bu il həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirir.

Gecədə tarixi an – Xankəndində Azərbaycan bayrağının dalğalanması, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Xankəndində səsləndirdiyi “20 il əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident seçdi. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəm. Azərbaycanın ərazi bütövlüyünü qoruyacam. Konstitusiya “Qurani-Kərim”ə  əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildifikirləri yenidən vurğulandı.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsi bir daha yad edildi, qazilərimizə minnətdarlıq bir daha dilə gətirildi.

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva dövlət başçısı İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlandığı təbrik məktubunu oxudu. Məktubda ortaq türk mirasının qorunması təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycanın TÜRKSOY-a hər zaman dəstəyini ifadə etməsi, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışdığı xüsusi vurğulanır, qurumun sonrakı səmərəli fəaliyyətinə inam ifadə olunur.

Daha sonra çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təşkilatın ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsinə göstərilən dəstəyə həmişə Türk dünyasının yanında olduğuna görə təşəkkürünü bildirdi. O, həmçinin bu il 100-cü ildönümü qeyd olunan Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edərək onun təşkilata göstərdiyi diqqətdən bəhs etdi.

Təşkilatın 30-cu ilini Bakıda belə bir möhtəşəm konsert proqramı ilə qeyd etməsindən məmnunluğunu vurğulayan baş katib tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə təşəkkür etdi.

Gecənin daha bir özəlliyi TÜRKSOY-un 30 illik yubileyi münasibətilə Azərbaycanın tanınmış mədəniyyət incəsənət xadimlərinə təşkilatın təsis etdiyiŞərəfmedalının təqdimatı oldu. Xalq yazıçısı Elçin (ədəbiyyat), Xalq artistləri Polad Bülbüloğlu (təşkilatın ilk baş katibi), Şəfiqə Məmmədova (kino), Nurəddin Mehdixanlı (teatr), Faiq Sücəddinov (musiqi), Xalq rəssamları Fərhad Xəlilov Sakit Məmmədov (təsviri incəsənət) TÜRKSOY-un “Şərəfmedalı ilə təltif olundular.

Tədbir Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistandan, eləcə uzaq türk eli Xakasiyadan (Rusiya Federasiyası) olan vokalçılar, musiqi kollektivləri rəqs ansambllarının çıxışları ilə davam etdi.

Beləcə, Altaylardan uzaq Sibir çöllərinə, Orta Asiyadan Qafqazlara uzanan coğrafiyada kök salan öz zəngin mədəniyyətini, milli dəyərlərini qoruyub saxlayan ölkə diyarların mədəniyyət incəsənət xadimləri gecə iştirakçılarını türk olmağın əzəmətində öz sənət dünyalarına apara bildilər.

Zövqlə tərtib olunmuş konsert proqramınınBirlikdə” (M.Vəkilov, Z.Bədəlbəyli), “TÜRKSOY – 30 il” (C.Quliyev, K.Çarboqa), “Şəkiİpək Yolunda Karvansara Mərkəzi” (poetik vokal kompozisiya), “Qarabağvokal-xoreoqrafik kompozisiyası (C.Cahangirov), eləcə Türk dünyasının milli alətlərinin deyişməsi kimi təqdimatları maraqlı seçkin idi.

Xakasiyalı sənətçilərinÇöl ilğımıvokal-xoreoqrafik kompozisiyası (ifaçılar Ruslan İvakin Şalkımarəqs ansamblı) izləyicilərə həyəcanverici anlar yaşatdı.

TürkmənistandanKuştepti”, Şimali KiprdənAramızda dərya dəniz”, Türkiyədən “Türk xalq mahnı rəqsləri”, Qırğızıstandan “Kurama kuu”, AzərbaycandanZəngəzur yallısı”, QazaxıstandanGözəllərin geçişi”, ÖzbəkistandanSurnay lazgisikimi vokal, vokal-xoreoqrafik vokal-instrumental kompozisiyaları salonda coşqu yarada bildi.

Proqram tərtibçiləri tenor soprano paradı, eləcə aşıqların deyişmələri ilə Türk dünyasının Şərqdən Qərbə fərqli sənət istiqamətlərində zənginliyini sənət mübadiləsini əyani göstərdilər.

Azərbaycan Dövlət Xor Kapellası (xormeyster Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı Rəqs Ansamblı, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Cəngiestrada-folklor ansamblı, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının Orkestri (dirijorlar Əyyub Quliyev, Mustafa Aşurov, Erbolat Axmedyarov), eləcə qonaq kollektivlər – “Navruz”, “Şalkıma”, “Altın Karagöz”, “Serpayrəqs ansamblları fərqli mahnı rəqslərin ifa xoreoqrafik təqdimatında göz oxşadılar.

Qədim el sənəti, uzaq keçmişdən bu günümüzə gələrək yaşamaq haqqı qazanan ozan sənəti təmsilçilərinin – “Akak” komuz (Qırğızıstan), “Bek” doyra (Özbəkistan) ansambllarının çıxışları da maraqlı idi.

Konsert proqramı bütün kollektivlər solistlərin iştirak etdiyiAzərbaycanodlar yurdu  (O.Zülfüqarov) kompozisiyası ilə yekunlaşdı. Beləcə, əzəmətli birliyin, qırılmaz tellər ilə bağlılığın nümayişi olan tədbir tarixə qovuşdu.

Əlavə edək ki, yubiley tədbiri çərçivəsində Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının sərgisi açılmışdı.

 

Həmidə Rüstəmova

 

Mədəniyyət.- 2023.- 18 oktyabr, ¹77.- S.3.