Zərflərimizdə “Şuşa-2023”dən
xatirə
TÜRKSOY Daimi Şurasının Şuşa
şəhərini 2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı”
elan etməsi münasibətilə Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən
marka hazırlanıb.
Oktyabrın 14-də I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində “Şuşa – Türk dünyasının mədəniyyət
paytaxtı” poçt markasının “birinci gün zərfi”nin
rəsmi möhürlənmə
mərasimi keçirilib.
Markalara TÜRKSOY-un baş katibi
Sultan Raev və Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli tərəfindən
möhür vurulub, imzalar atılıb.
“Azərpoçt”un
şöbə müdiri
Sitarə Hüseynova bildirib ki, buraxılış
1 markadan ibarət blok şəklində,
5000 tirajla hazırlanıb.
Blokun üzərində
“Şuşa-2023” loqosu, TÜRKSOY-a üzv ölkələrin
bayraqları və Şuşanın atributları
həkk olunub. Markadakı təsvirlərin
müəllifi rəssam
Orxan Qarayevdir.
Qeyd edək ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı 21 növdə müxtəlif poçt markaları dövriyyəyə buraxılıb. Markaların üzərində Şuşanın tarixi, mədəniyyəti və görkəmli xadimləri ilə bağlı məlumat öz əksini tapıb. Bununla bağlı “Şuşa poçt markalarında” adlı kitab da nəşr olunub.
Mədəniyyət.- 2023.- 18 oktyabr.- S.8.