I Türk Dünyası Mədəniyyət Forumunun
Şuşa Bəyannaməsi
1.
Türk dünyasının ilk mədəniyyət forumuna dəstəyinə
görə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə bütün iştirakçılar
adından təşəkkür edirik.
2. Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində, eləcə
də Türk dünyasının 2023-cü il üzrə mədəniyyət
paytaxtı Şuşaya Böyük Qayıdışı və
bu yolda sürətlə aparılan genişmiqyaslı bərpa-quruculuq
işlərini və mədəni mühitin
canlandırılmasını alqışlayırıq.
3. 30 illik
işğal dövründə, Azərbaycanın Qarabağ və
Şərqi Zəngəzur bölgələrində Türk
dünyası mədəni irsinin ayrılmaz tərkib hissəsi
tarixi və mədəni abidələrin genişmiqyaslı
dağıdılması, həmçinin mədəni
mülkiyyətin qaçaqmalçılığı və
qanunsuz dövriyyəsi kimi ağır beynəlxalq humanitar hüquq
pozuntularını qəti şəkildə pisləyir və
bütün aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən
bu məsələdə sərt mövqe tutulmasını tələb
edirik.
4.
Şuşada baş tutan diskussiyalar və geniş fikir
mübadilələri çərçivəsində türk
mədəniyyətinin dünəni, bu günü və
sabahı nəzərə alınaraq mövcud
çağırışların birgə əməkdaşlıqda
həlli üçün yeni mexanizmlərin yaranmasını
dəstəkləyirik.
5.
Türk dilləri və ədəbiyyatı vasitəsilə
ortaq mədəni mövqeyimizin gücləndirilməsini zəruri
hesab edir və bu irsin rəqəmsal mühitə transformasiyasını
sürətləndirməyə çağırırıq.
6. I
Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində
əldə edilmiş müsbət nəticəni nəzərə
alaraq türk tarixi-mədəni irsinin
araşdırılması, bərpası, mühafizəsi və
təbliği sahəsində birgə fəaliyyət və ən
yaxşı təcrübənin bölüşülməsinə
xidmət edəcək Türk dünyasının İrs
üzrə rəhbərlərinin şəbəkəsinin
yaradılmasını alqışlayır və mütəmadi
əsaslı platforma fəaliyyətinə
başlamasını tövsiyə edirik.
7.
Türk dünyasında mədəni marşrutlar
proqramının təsis edilməsini və ilk mədəni
marşrutun yaradılması təşəbbüsünü
perspektivli ortaq layihə kimi yüksək qiymətləndirir və
bütün maraqlı tərəfləri bu təşəbbüsün
irəlilədilməsində fəal iştiraka
çağırırıq.
8. Mədəniyyətin
rəqəmsallaşması, habelə XXI əsrdə türk
mədəniyyəti qarşısında duran çağırışlara
cavab verən ortaq həlləri təşviq edirik və mədəniyyət
sahəsindəki yaradıcı sənayelərin ortaq
bazarların yaradılması üzrə müzakirələrin
intensivləşməsini təklif edirik.
9. Azərbaycan
Respublikasının təşəbbüsü ilə
yaradılmış Türk Dünyası Mədəniyyət
Forumu bütün əsas maraqlı tərəflərin təmsilçilərini
bir araya gətirən mühüm universal platforma kimi
uğurlu olduğunu qeyd edirik və Forumun iki ildən bir
keçirilməsini təklif edirik.
Mədəniyyət.- 2023.- 18 oktyabr.- S.4.