Azərbaycanın TÜRKSOY-la əməkdaşlıq münasibətləri ən yüksək səviyyədədir

 

 

Türk dünyası öz qədim möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə iftixar dolu parlaq səhifələr yazmışdır. Türk xalqları şanlı keçmişlərindən güc alaraq zamanın sınaqlarından daim alnıaçıq çıxmış, günümüzədək milli mədəni özünəməxsusluğu qoruyub saxlamışlar. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu böyük sərvətin gələcək nəsillərə çatdırılması dünyaya tanıdılması işində TÜRKSOY qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi ötən müddətdə təqdirəlayiq xidmətlər göstərmişdir.

Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə oktyabrın 15-də Bakıda keçirilən təntənəli mərasimin iştirakçılarına müraciətində deyilir.

Müraciətdə qeyd olunur ki, TÜRKSOY-un təşkilatçılığı bilavasitə iştirakı ilə ənənəvi şəkil alan layihələr, müntəzəm keçirilən mədəniyyət günləri, incəsənət festivalları, həmçinin Türk dünyasının şah əsərlərinin, əlamətdar tarixi-mədəni hadisələrinin görkəmli şəxsiyyətlərinin təntənə ilə qeyd olunan yubileyləri türk xalqları arasında qarşılıqlı əlaqələri dərinləşdirmiş möhkəmlətmişdir. Təşkilatın fəaliyyəti türk dövlətləri rəhbərlərinin bütün zirvə toplantılarında, dövlət hökumət başçılarının birgə bəyannamələrində həmişə yüksək qiymətləndirilmişdir.

Diqqətə çatdırılır ki, ortaq türk mirasının qorunması təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə etmiş, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışmışdır. Təşkilatla respublikamız arasında əməkdaşlıq münasibətləri hazırda ən yüksək səviyyədədir.

“Türk dünyası birliyinin daha da möhkəmləndirilməsi və müştərək mədəni-mənəvi dəyərlərimizin layiqincə qorunub yaşadılması yolunda hər birinizə yeni-yeni uğurlar arzulayıram”, – deyə müraciətdə vurğulanır.

 

Mədəniyyət.- 2023.- 18 oktyabr.- S.2.