Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından
Ümummilli
lider Heydər Əliyev böyük siyasətdə olduğu bir
qərinədən artıq dövrdə, doğma
xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni
irsimizin qorunması və zənginləşdirilməsi, milli
incəsənətin, ədəbiyyatın inkişafı,
respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə
təşkili sahəsində də müstəsna xidmətlər
göstərib.
Heydər
Əliyevin mədəniyyətə diqqət və
qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli
ötən sayımızda)
1997-ci
il 20 aprel
Prezident
Heydər Əliyev Xalq artisti, görkəmli səhnə
ustası Nəsibə Zeynalovanı 80 illiyi münasibətilə
təbrik edib. “60 illik səhnə həyatınız yeni nəsillər
üçün sənətə sonsuz sədaqət və əsil
fədakarlıq nümunəsidir”, – deyə təbrik məktubunda
vurğulanırdı.
1997-ci
il 21 aprel
Kalmikiyanın
Xalq şairi David Kuqultinova 75 illik yubileyi münasibətilə
təbrik məktubu göndərib.
1997-ci
il 26 aprel
Azərbaycanın,
Rusiyanın və SSRİ-nin Xalq artisti Lyudmila Zıkinanı
yaradıcılıq fəaliyyətinin 50 illiyi münasibətilə
təbrik edib.
1997-ci
il 29 aprel
Prezident
Sarayında görkəmli musiqiçi Mstislav Rostropoviç,
onun xanımı Qalina Vişnevskaya və ailəsinin digər
üzvləri ilə görüşdə
çıxış edib.
“...Mən
şad oldum ki, dəvətinizi alıb Parisə gəldim,
orada Sizin 70 illiyinizə həsr olunmuş mərasimlərdə
iştirak etdim. Bu mərasimlər çox əla keçdi, mənə
silinməz təəssürat bağışladı.
Sevinirdim ki, dostumuz, həmyerlimiz belə geniş beynəlxalq
nüfuza malikdir... Bununla yanaşı, Paris Parisdir, Moskva
Moskvadır, Bakı isə planetimizin görkəmli adamı
olan Mstislav Rostropoviçin dünyaya gəldiyi torpaqdır.
Sizin dəvəti qəbul edib bizə təşrif gətirməyiniz
bir daha sübut edir ki, keçmişdə nə varsa
hamısını, öz mənşəyinizi,
doğulduğunuz torpağı yüksək qiymətləndirirsiniz.
...Burada
70 illiyinizi qeyd etməyimizlə əlaqədar mən bu
gün Sizin Azərbaycanın yüksək ordeni – “Şöhrət”
ordeni ilə təltif olunmağınız haqqında fərman
imzaladım. Gördüyünüz kimi, bu necə
böyük xoşbəxtlikdir: Siz şöhrətlisıniz
və Azərbaycanın yüksək mükafatı olan
“Şöhrət” ordeni ilə təltif edilmisiniz...”.
***
Həmin
gün Mstislav Rostropoviçin 70 illiyinə həsr edilmiş
yubiley şənlikləri çərçivəsində
R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində
Azərbaycan incəsənət ustalarının konsertində
olub.
1997-ci
il 30 aprel
Bakı
Musiqi Akademiyasında maestro M.Rostropoviçin şərəfinə
təşkil edilmiş təntənəli mərasimdə
iştirak edib.
1997-ci
il 2 may
Respublika
Sarayında Mstislav Rostropoviçin 70 illiyinə həsr
olunmuş təntənəli yubiley gecəsində iştirak
edib.
“...Bu
gün biz simfonik musiqidən ibarət gözəl konsertin
şahidi olduq. Bir azərbaycanlı, Azərbaycanın
Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə
zəngin mədəniyyətə, zəngin incəsənətə,
peşəkar musiqiyə malikdir. Azərbaycanda peşəkar
musiqinin əsasını böyük Üzeyir Hacıbəyov
qoyubdur. Onun məktəbi, tələbələri,
silahdaşları XX əsrdə Azərbaycanda çox
yüksək musiqi mədəniyyəti yaradıblar. Biz bununla
fəxr edirik. Əziz Slava, bütün bunlarda 20-ci illərin əvvəlində
Azərbaycana gəlmiş Sizin atanızın böyük xidməti
var. O, Azərbaycanın qabaqcıl insanları ilə birlikdə,
böyük Üzeyir Hacıbəyovla birlikdə peşəkar
musiqinin, ali musiqi təhsilinin əsasını qoymuşdur...
Bu gün mən qərar qəbul etmişəm ki, Sizin
doğulduğunuz, valideynlərinizin yaşadıqları,
Sizin uşaqlıq illərinizin keçdiyi mənzil indən
belə Rostropoviçlərin xatirə ev-muzeyi
olacaqdır...”.
1997-ci
il 6-7 may
Türkiyəyə
rəsmi səfəri çərçivəsində
Ankaranın küçələrindən birinə – 3-cü
caddəyə Azərbaycan prospekti adı verilməsinə həsr
olunmuş mərasimdə çıxış edib. Bilkənd
Universitetinin qurucusu həkim və alim Ehsan Doğramacı ilə
görüşüb. Toğrul Qəniyevin dirijorluq etdiyi Bilkənd
Universiteti akademik orkestrin konsertinə baxıb. Ankara Dövlət
Opera və Balet Teatrında olub, Əhməd Adnan Sayqunun “Yunis
Əmrə və sevgi” oratoriyasına tamaşa edib.
İzmirdə
“Bakı” parkının və “Heydər Əliyev”
bulvarının açılışında (7 may) nitq
söyləyib.
“...Biz
bu günlərdə bir daha gördük, bir daha hiss etdik ki,
türk və Azərbaycan xalqlarının dostluq və
qardaşlığı nə qədər dərindir,
güclüdür, nə qədər möhkəmdir. Əgər tarixi götürsək,
bizim tariximiz də, keçmişimiz də, dilimiz də,
dinimiz də, adət-ənənələrimiz də, musiqimiz
də, mədəniyyətimiz də birdir. Biz böyük bir
çinar ağacının budaqlarıyıq və bu da o qədər
möhkəm çinardır ki, əsrlər boyu onu nə qədər
silkələdilərsə də, yıxmaq istədilərsə
də, bizi bir-birimizdən ayırmaq istədilərsə də
bacarmadılar. Bizim qəlbimiz, bizi bir-birimizə bağlayan
tellər, mənəviyyat dostluğumuzu,
qardaşlığımızı, birliyimizi qorudu,
saxladı...
İzmir
şəhəri ilə Azərbaycanın paytaxtı, başkəndi
Bakı şəhəri arasında on iki il bundan öncə
qardaşlıq haqqında müqavilə imzalanması
böyük hadisə olmuşdur. Xatirimdədir, Bakı
dünyanın bir çox şəhərləri ilə
qardaşlaşmışdı. Amma Türkiyə şəhərləri
ilə bizim şəhərlərimizin
qardaşlaşmasına yol vermirdilər. Amma on iki il bundan
öncə İzmir ilə Bakı arasında
yaradılmış əlaqələr yeni qardaşlaşma əlaqəsi
deyildi, – biz doğulandan
qardaşıq, ata-babalarımız, ulu babalarımız
qardaş olublar, biz doğma qardaşıq.
Türkiyə-Azərbaycan,
İzmir-Bakı daim qardaş olublar, bu gün də
qardaşdırlar, gələcəkdə də qardaş
olacaqlar. Bunun da təzahürü olaraq Bakıda ən gözəl
parklardan birinə “İzmir” adı verilibdir. Mən çox məmnunam
ki, burada, İzmir şəhərində də, bu sahildə
parkın gözəl bir hissəsinə “Bakı” adı
verilibdir.
...Bu,
bizim dostluq, qardaşlıq əlaqələrimizdə bir zərrədir.
Amma zərrə-zərrə göl olur, dərya dolur. Bax, bu zərrələrlə
biz ümumi Türkiyə-Azərbaycan dostluğunu daha da
genişləndirməli, gücləndirməliyik...”.
1997-ci
il 23 may
Azərbaycan
musiqisinin pərəstişkarı və ifaçısı,
ABŞ-də yaşayan Cefri Verbaxı və onun həyat
yoldaşı Aynur xanımı qəbul edib.
Hazırladı:
V.Orxan
(davamı
var)
Mədəniyyət.-
2023.- 18 oktyabr.- S.5.