Mingəçevir
səhnəsində “Zamanın
rüzgarı” əsir
Mingəçevir Dövlət
Dram Teatrı daha bir premyeraya hazırlaşır. “Zamanın
ruzigarı” adlı səhnə işi sosial-mənəvi problemlər
fonunda insanların parçalanmış hiss və
münasibətlərindən bəhs edir.
Oktyabrın 23-də təqdim olunacaq tamaşa yazıçı-publisist
Xeyrəddin Qocanın
eyniadlı əsəri
əsasında teatrın
baş rejissoru Vüsal Mehrəliyev tərəfindən səhnələşdirilib.
Quruluşçu rəssam
Pakizə Adilbəyli,
musiqi tərtibatçısı
Elnur Rəsulovdur.
Böyük ədiblərimizin
yaşadığı dövrə
sənət səyahəti
olan tamaşada rolları Aydın Quliyev (C.Məmmədquluzadə), Vüsalə Quliyeva (H.Məmmədquluzadə),
Paşa Salmanov (M.Ə.Sabir), Şıxı
Yaqubov (Ə.Haqverdiyev),
Hüseyn Mustafa (Kefli İsgəndər) və
b. ifa edirlər.
Mədəniyyət.- 2023.- 20 oktyabr, ¹78.- S.4.