“Müstəqilliyimiz əbədidir!”
18
Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə
bölgələrdəki mədəniyyət müəssisələrində
müxtəlif tədbirlər keçirilib.
Şirvan
şəhər Heydər Əliyev Mərkəzi, şəhər
Mədəniyyət Mərkəzi, Folklor evi və Salyan rayon Mədəniyyət
Mərkəzinin Yenikənd kənd Folklor evində təşkil
olunan tədbirlərdə ədəbi-bədii kompozisiyalar,
musiqi nömrələri təqdim olunub.
Salyan
rayon Heydər Əliyev Mərkəzi və Şirvan-Salyan
Regional Gənclər və İdman İdarəsinin Salyan
rayonu üzrə sektorunun təşkilatçılığı
ilə əlamətdar gün münasibətilə gənclər
arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.
Qalib komandalar diplomla təltif olunub.
***
Laçın
Dövlət Rəsm Qalereyası və rayon Gənclər və
idman sektorunun birgə təşkilatçılığı
ilə Müstəqilliyin Bərpası Günü ilə əlaqədar
tədbir keçirilib. Bakı şəhər Qaradağ
rayonu “Qobu park” yaşayış kompleksindəki Laçın
rayon 29 nömrəli tam orta məktəbdə gerçəkləşən
tədbirdə uşaq və gənclərin əl işlərindən
ibarət sərgi nümayiş etdirilib.
Cəbrayıl
rayon Mədəniyyət Mərkəzinin Daş Veysəlli kənd
klubunda (müvəqqəti olaraq Şirvan şəhərində
yerləşir) da əlamətdar gün qeyd olunub. Tədbirdə
Zəngilan rayon 3 saylı tam orta məktəbin şagirdləri
tərəfindən şeirlər və kompozisiyalar təqdim
olunub.
***
Zaqatala
şəhərindəki Heydər Əliyev Mərkəzində
elmi-praktik konfrans keçirilib. Tədbirdə “Müstəqilliyimiz
əbədidir!” adlı film nümayiş olunub.
Çıxışlarda Azərbaycanın dövlət
müstəqilliyinin xalqımızın tarixi nailiyyəti
olduğu vurğulanıb. Qeyd olunub ki, XX əsrin sonlarında
beynəlxalq aləmdə və Sovet İttifaqında yaranan vəziyyət
xalqımıza qəlbində yaşatdığı müstəqillik
arzularını yenidən reallaşdırmaq imkanı verib.
***
Quba-Xaçmaz
RMİ-nin təşkilatçılığı ilə Quba
rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında
“Müstəqilliyimiz əbədidir!” adlı tədbir
keçirilib. Çıxış edənlər Azərbaycanın
dövlətçilik tarixi, müstəqillik yolunun
xronikası və Zəfər Günü, həmçinin işğaldan
azad edilmiş yurd yerlərimizdə aparılan hazırkı
quruculuq işləri haqqında məlumat veriblər. Sonda
“Əbədi və sarsılmaz müstəqillik” adlı
videoçarx nümayiş etdirilib, “18 Oktyabr Müstəqilliyin
Bərpası Günüdür” adlı sərgiyə
baxış olub.
***
Ağstafa
şəhər 1 saylı Folklor klubunda təşkil olunan tədbirdə
qeyd olunub ki, dövlət müstəqilliyinin əldə edilməsi
xalqımızın ən böyük nailiyyətlərindən
biridir. Ötən əsrin 90-cı illərində müstəqilliyimizin
qorunub möhkəmləndirilməsi Ümummilli lider Heydər
Əliyevin tarixi xidmətidir.
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.4.