Sumqayıt teatrının “Yuxu”su çin olur...

 

55-ci mövsümün ilk premyerası

 

Sumqayıt Dövlət Dram Teatrı 55-ci mövsümün ilk premyerasına hazırlaşır. Oktyabrın 21-də balacalar üçün nəzərdə tutulmuş  “Yuxu”  tamaşasının premyerası gerçəkləşəcək.

Nizami Mirzəyevin tərcüməsi, rejissor Fuad Kazımovun səhnələşdirməsi və quruluşunda ərsəyə gələn səhnə əsərində dünya xalqları nağıllarının qəhrəmanları cəm olub.

Bədii tərtibat Arif Müzəffərova, musiqi tərtibatı Telman Qəniyevə məxsusdur. Tamaşada Əməkdar artistlər Fəranə Musayeva, Növrəstə Həşomova, Xatirə Süleymanova,  Elmira Kərimova, aktyorlar  Dağlar Rüstəmov, Habil Xanlarov, Siyavuş Mahmudov, Vəfa Qurbanova, Gülnarə Qədirova, Aynur Hümmətova, Mətanət  Əmirullayeva, Füzuli Qərənizadə, Sevda Cəlilova,  Məryəm Hüseynli, İradə Zeynalova, Şəms Abdullayeva, Kamran Muradlı, Elmir Mehdiyev rol alıblar.

Tamaşa premyera günü üç seans (11:00, 13:00, 15:00) nümayiş etdiriləcək.

 

 

Mədəniyyət.- 2023.- 20 oktyabr, ¹78.- S.5.