Amerikalı pianoçunun ustad dərsi
Bakı
Şəhər Mədəniyyət Baş İdarəsinin
C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbində
ABŞ-də yaşayan tanınmış pianoçu Tatyana
Yudeniç tərəfindən müəllimlər
üçün ustad dərsi keçirilib.
Ustad
dərsi amerikalı pianoçu Stanislav Yudeniçin rəhbərlik
etdiyi “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi
çərçivəsində gerçəkləşib.
Layihənin ölkəmizdə reallaşmasına Diasporla
İş üzrə Dövlət Komitəsi dəstək
olub.
Ustad
dərsində baş idarənin tabeliyində fəaliyyət
göstərən uşaq musiqi və incəsənət məktəblərinin
fortepiano ixtisası üzrə müəllimləri iştirak
ediblər. Dərs zamanı T.Yudeniç şagirdlərin
ifasını dinləyib və onlara öz tövsiyələrini
verib.
Qeyd
edək ki, ustad dərslərinin keçirilməsində məqsəd
tədrisin keyfiyyətinin yüksəldilməsinə,
fortepiano müəllimlərinin bilik, bacarıq və peşə
səriştələrinin artırılmasına, şagirdlərin
bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə
nail olmaqdır.
Xatırladaq
ki, “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi
üzrə 10-14 oktyabr tarixlərində M.Maqomayev adına Azərbaycan
Dövlət Akademik Filarmoniyasında görkəmli rus bəstəkar
Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş silsilə
konsertlər keçirilib.
Mədəniyyət.-
2023.- 20 oktyabr, ¹78.- S.3.